Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Son yoxlamadan ən azı 3 gün keçib. Elanın aktuallığını mənbədə yoxlayın.

Vakansiya bağlanıb

Bu elan arxivdə saxlanılır. Müraciət etməzdən əvvəl mənbədə aktivliyini yoxlayın.

One Touch Trade & Logistics

Mühasib

Şəhər göstərilməyibMənbə: JobSearch.az

Vakansiya haqqında

Şirkət: Beynəlxalq yükdaşıma şirkəti İş rejimi: Tam iş günü Vəzifə öhdəlikləri Şirkətin gündəlik mühasibat əməliyyatlarının aparılması; Gəlir və xərclərin düzgün uçotunun aparılması; Müştəri və təchizatçılarla qarşılıqlı hesablaşmaların uçotu; Debitor və kreditor borclarına nəzarət və mütəmadi üzləşmələrin aparılması; Bank və kassa əməliyyatlarının aparılması; Ödəniş tapşırıqlarının hazırlanması və bank əməliyyatlarının izlənilməsi; Elektron qaimə-fakturaların hazırlanması, göndərilməsi və daxil olan sənədlərin yoxlanılması; Müqavilə, hesab-faktura, akt və digər ilkin mühasibat sənədlərinin yoxlanılması və sistemləşdirilməsi; Daşınmalar üzrə gəlir və xərclərin sənədlər əsasında düzgün əks etdirilməsi; Daşıyıcı və digər logistika tərəfdaşlarından daxil olan hesab və aktların yoxlanılması; Hər bir daşınma/sifariş üzrə gəlir, xərc və mənfəətin uçotunun aparılmasında iştirak; Əmək haqqının hesablanması; Məzuniyyət ödənişlərinin hesablanması; Ezamiyyə xərclərinin və ödənişlərinin hesablanması; Vergi, DSMF və digər məcburi ödənişlərin hesablanması və nəzarətdə saxlanılması; Müvafiq dövlət hesabatlarının hazırlanması və təqdim edilməsi; Aylıq və illik mühasibat bağlanışlarında iştirak; Rəhbərliyə maliyyə və mühasibat məlumatlarının hazırlanması; Mühasibat sənədlərinin düzgün arxivləşdirilməsi. Namizədə tələblər Ali təhsil — maliyyə, mühasibat uçotu, iqtisadiyyat və ya müvafiq sahə üzrə; Mühasibatlıq sahəsində minimum 2–3 il iş təcrübəsi; Azərbaycan Respublikasının vergi və əmək qanunvericiliyi üzrə yaxşı biliklər; Əmək haqqı, məzuniyyət və ezamiyyə hesablamaları üzrə praktiki təcrübə; 1C proqramında sərbəst işləmək bacarığı; Microsoft Excel proqramında yaxşı işləmək bacarığı; İnternet Banking və elektron dövlət portalları ilə işləmək təcrübəsi; E-qaimə, hesab-faktura, akt və digər maliyyə sənədləri ilə işləmək bacarığı; Debitor və kreditor borclarının idarə olunması üzrə təcrübə; Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət; Rus dili biliyi arzuolunandır; İngilis və/və ya türk dili biliyi üstünlükdür. Şəxsi keyfiyyətlər Yüksək məsuliyyət və dəqiqlik; Rəqəmlərlə işləmək və detallara diqqət yetirmək bacarığı; Sənədlərlə sistemli işləmək qabiliyyəti; Analitik düşüncə; Tapşırıqları vaxtında yerinə yetirmək bacarığı; Məxfi maliyyə məlumatları ilə işləyərkən etibarlılıq; Komandada işləmək və digər şöbələrlə effektiv ünsiyyət qurmaq bacarığı; Gərgin iş rejimində prioritetləri düzgün müəyyən etmək bacarığı. Namizədin aşağıdakı istiqamətlərdə təcrübəsinin olması əlavə üstünlük hesab olunur: Xarici valyutalarda (USD, EUR, TRY, RUB və s.) əməliyyatların uçotu; Valyuta məzənnəsi fərqlərinin uçotu; İş şəraiti İş qrafiki:Tam məşğulluq İş saatları: 09:00 – dan 18:00 -dək Əmək haqqı: Görüş əsasənda müəyyənləşdiriləcəkdir İş yeri: Bakı şəhəri Əsas məqsəd: şirkətin maliyyə və mühasibat əməliyyatlarının dəqiq, vaxtında və qanunvericiliyə uyğun aparılmasını, həmçinin hər bir logistika əməliyyatı üzrə gəlir və xərclərin düzgün uçotunu təmin etmək. Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.