Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Son yoxlamadan ən azı 3 gün keçib. Elanın aktuallığını mənbədə yoxlayın.

Vakansiya bağlanıb

Bu elan arxivdə saxlanılır. Müraciət etməzdən əvvəl mənbədə aktivliyini yoxlayın.

Supertoys

E-ticarət və Marketplace üzrə Baş Mütəxəssis

Şəhər göstərilməyibMənbə: JobSearch.az

Vakansiya haqqında

Supertoys komandamıza e-ticarət və marketplace kanallarının inkişafına cavabdeh olacaq, analitik düşüncəyə və satış yönümlü yanaşmaya sahib E-ticarət və Marketplace üzrə Baş Mütəxəssis axtarırıq. Vəzifə öhdəlikləri Supertoys-un e-ticarət platforması və marketplace kanallarında (Wolt, Bolt, Birmarket, Tap.az) məhsulların yerləşdirilməsi və aktuallığının qorunması; Yeni məhsulların platformalara vaxtında əlavə edilməsi; Məhsul adları, təsvirləri, xüsusiyyətləri, qiymətləri, şəkilləri və digər məlumatların düzgün daxil edilməsi; SEO tələblərinə uyğun olaraq məhsul adları, təsvirləri və açar sözlərin optimallaşdırılması Qiymət, stok və məhsul mövcudluğu məlumatlarını mütəmadi yeniləmək; Marketplace-lərdə məhsulların görünürlüğünü və satış performansını artırmaq üçün təkliflər hazırlamaq; Kampaniya, endirim və xüsusi təkliflərin marketplace platformalarında vaxtında tətbiq edilməsini təmin etmək; Marketplace-lərin kampaniya imkanlarını araşdırmaq və satışın artırılması üçün yeni mexanikalar təklif etmək; Məhsul satışları, sifariş sayı, dövriyyə, orta çek, conversion və digər əsas KPI-ları izləmək; Marketplace-lər üzrə satış nəticələrini analiz etmək və aylıq/həftəlik hesabatlar hazırlamaq; Satışı yüksək və aşağı olan məhsulları müəyyən etmək və müvafiq aksiyalar təklif etmək; Marketinq, satınalma, satış, anbar və IT komandaları ilə koordinasiyalı işləmək; Marketplace tərəfdaşları ilə operativ kommunikasiya aparmaq; Müştəri təcrübəsinin və onlayn alış prosesinin təkmilləşdirilməsi üzrə təkliflər hazırlamaq; Rəqiblərin marketplace-lərdə qiymət, çeşid, kampaniya və təqdimatlarını monitorinq etmək; Namizədə tələblər E-ticarət və ya marketplace sahəsində iş təcrübəsi; Marketplace platformalarının iş prinsiplərini bilməsi; Məhsul kontentinin idarə olunması üzrə praktiki təcrübə; Satış göstəricilərinin və hesabatların analiz edilməsi bacarığı; Analitik düşüncə və rəqəmlərlə işləmə qabiliyyəti; Komanda ilə işləmək və müxtəlif şöbələrlə effektiv koordinasiya qurmaq bacarığı; Rus və ya ingilis dilini bilmək üstünlükdür. Uşaq məhsulları və retail sahəsində təcrübə üstünlükdür. Əmək haqqı: 1000-1200 AZN (Əməkdaşın bilik və bacarıqlarına uyğun təyin olunacaq) Müraciət üçün CV-lərinizi mövzu hissəsində vəzifə adını “E-ticarət və Marketplace üzrə Baş Mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elekron poçt ünvanına göndərə bilərsiniz

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.