Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Son yoxlamadan ən azı 3 gün keçib. Elanın aktuallığını mənbədə yoxlayın.

Vakansiya bağlanıb

Bu elan arxivdə saxlanılır. Müraciət etməzdən əvvəl mənbədə aktivliyini yoxlayın.

Az-Caspian Construction

Smeta mühəndisi

Şəhər göstərilməyibMənbə: JobSearch.az

Vakansiya haqqında

Əsas vəzifə və öhdəliklər Şirkətə daxil olan yeni layihə, tender və kommersiya sorğularını təhlil etmək; Layihə sənədlərini, BOQ, texniki tapşırıq, çertyoj və spesifikasiyaları araşdırmaq; Layihə üzrə iş həcmlərinin düzgün müəyyənləşdirilməsini və BOQ ilə uyğunluğunu yoxlamaq; Hər bir iş növü üzrə real maya dəyərini (Cost Price) hesablamaq; Material, əməkhaqqı, mexanizm və avadanlıq, subpodrat, logistika və digər birbaşa xərcləri hesablamaq; Təchizat və bazar araşdırması bölməsindən aktual material və xidmət qiymətlərini toplamaq; Təchizatçılardan alınmış kommersiya təkliflərini təhlil etmək və qiymətlərin layihə büdcəsinə təsirini qiymətləndirmək; Əmək xərclərini iş həcmi, əmək norması, işçi sayı və layihənin icra müddəti əsasında hesablamaq; Mexanizm, texnika və avadanlıqlar üzrə tələb olunan xərcləri müəyyənləşdirmək; Subpodrat işləri üzrə qiymətləri toplamaq, müqayisə etmək və təhlil etmək; Layihənin dolayı xərclərini – sahə xərcləri, mobilizasiya, demobilizasiya, nəqliyyat, idarəetmə və digər əlaqəli xərcləri nəzərə almaq; Layihə üzrə Overhead / inzibati xərclərin hesablanmasına daxil ediləcək göstəriciləri müəyyənləşdirmək; Layihənin xüsusiyyətlərindən irəli gələn kommersiya və icra risklərini müəyyən etmək; Layihənin Total Cost – ümumi maya dəyərini formalaşdırmaq; Tender və kommersiya təkliflərini hazırlamaq; Hazırlanmış smetaların texniki, kommersiya və riyazi düzgünlüyünü yoxlamaq; Smeta hesablamalarında istifadə olunan bütün ilkin məlumatların və qiymət mənbələrinin əsaslandırılmasını təmin etmək; Layihə üzrə alternativ texniki və kommersiya həllərinin qiymətə təsirini hesablamaq; Tender sənədlərində aşkar olunan uyğunsuzluq, çatışmazlıq və riskləri müəyyən etmək; Bütün layihələr üzrə vahid qiymət və smeta bazasının formalaşdırılmasını və yenilənməsini təmin etmək; Namizədə qarşı tələblər İnşaat mühəndisliyi, iqtisadiyyat, maliyyə və ya uyğun texniki sahə üzrə ali təhsil; Tikinti sektorunda Smeta / Tender / Cost Estimation / Cost Control sahəsində minimum 5–10 il iş təcrübəsi; Yaş həddi: 40 yaşadək; Tikinti layihələri üzrə smeta sənədlərinin hazırlanması və hesablanması üzrə geniş praktiki təcrübə; Layihə, işçi çertyojlar, texniki spesifikasiyalar və digər sənədlər əsasında iş həcmlərinin müəyyən edilməsi üzrə bacarıq; MS Excel proqramında yüksək səviyyədə işləmək bacarığı; Smeta proqramları ilə işləmək bacarığı; AutoCAD proqramında işləmək bacarığı; Texniki və smeta sənədlərinin hazırlanması, yoxlanılması və təhlili üzrə bacarıq; Analitik düşünmə və rəqəmlərlə dəqiq işləmək qabiliyyəti; Yüksək diqqətlilik, məsuliyyət, intizam və təşkilatçılıq bacarığı; Komandada işləmək və digər şöbələrlə effektiv kommunikasiya qurmaq bacarığı. İş şəraiti: İş rejimi: 6 günlük; Əmək haqqı: Müsahibə əsasında təyin olunur İş yeri: Bakı Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini (foto ilə) mövzu yerinə “Smeta mühəndisi“ yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq. Əlaqə telefonu: 055 216 20 65

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.