Vakansiya haqqında
Əsas öhdəliklər:
Restoranın gündəlik əməliyyatlarına nəzarət etmək, ofisiant heyətinə rəhbərlik etmək və iş bölgüsünü tənzimləmək.
Xidmət heyətinin xidmət standartlarına, nizam-intizama və qonaqlarla ünsiyyət qaydalarına riayət etməsini təmin etmək.
Menyunu, yemək və içkilərin tərkibini, hazırlanma üsullarını dərindən bilmək, heyətə bu istiqamətdə təlimlər keçmək.
Sifarişlərin qəbul edilməsinə, mətbəx və bara düzgün ötürülməsinə nəzarət etmək.
Qonaqlardan gələn rəy və şikayətləri dinləmək, operativ şəkildə həll etmək və rəhbərliyə məlumat vermək.
Zalın səliqə-sahmanına, masaların düzülüşünə və ümumi gigiyena qaydalarına nəzarət etmək.
Hesabların düzgün tərtib olunmasını, ödənişlərin idarə edilməsini və kassa əməliyyatlarını yoxlamaq.
Vəzifə üzrə əsas tələblər:
Bəy namizədlər;
Otelçilik və ya restoran sektorunda baş ofisiant kimi iş təcrübəsi;
Səlis səviyyədə Azərbaycan və ingilis dillərini bilmək (rus dilini bilmək üstünlükdür);
Müştəri məmnuniyyətinə fokuslanma və stresə davamlılıq;
Aktiv dinləmə, operativ qərarqəbuletmə və detallara diqqət.
İş şəraiti
İş yeri: Bakı şəhəri, Iris Lounge Baku
İş qrafiki: Növbəli iş rejimi, həftədə 1 gün istirahət;
Əmək haqqı: 700 AZN + əlavə bonuslar;
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına mövzu hissəsində “Supervisor” başlığı ilə göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
