Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Son yoxlamadan ən azı 3 gün keçib. Elanın aktuallığını mənbədə yoxlayın.

Vakansiya bağlanıb

Bu elan arxivdə saxlanılır. Müraciət etməzdən əvvəl mənbədə aktivliyini yoxlayın.

Mayak Residence

Müştəri xidmətləri üzrə mütəxəssis

Şəhər göstərilməyibMənbə: JobSearch.az

Vakansiya haqqında

İş şəraiti İş qrafiki: 5 günlük iş qrafikinə əsasən tənzimlənir (istirahət günləri növbəli qrafik əsasında həftə ərzində 2 gün olmaqla tənzimlənir) Əməkhaqqı: Müsahibə əsasında müəyyən olunur İş yeri: Mayak Residence layihəsi (Zığ qəsəbəsi) İşin Təsviri: Şirkətə daxil olan məktubların qəbul olunması, qeydiyyata alınması və şöbələrə təqdim olunması; Qonaqlarla görüşlərin təşkil olunması; Ofisə daxil olan müştərilərin qarşılanması və yönləndirilməsi; Zərurət yarandığı halda müştərilərə tikintinin vəziyyəti, mənzillər, ödəmə şərtləri barədə ilkin məlumatların verilməsi; Daxil olan zənglərin cavablandırılması, satış və kampaniyalar haqqında müştərilərə ətraflı məlumatların verilməsi; Müştərilər haqqında statistik məlumatların hazırlanması, aidiyyəti üzrə şöbəyə məlumatın verilməsi; Birbaşa rəhbəri tərəfindən verilən vəzifə öhdəliklərinə aid olan digər tapşırıqların həyata keçirilməsi. Namizədə Tələblər: Ali təhsil Xanım namizəd Kompüter biliyi (İnternet, MS Word, MS Excel, MS Outlook); Rus dilində sərbəst ünsiyyət bacarığının olması mütləqdir. Müştəri xidmətləri üzrə təcrübənin olması üstünlük hesab edilir. Təşkilati bacarıqlar; Yazılı və şifahi ünsiyyət bacarığı; Yüksək etik davranış qabiliyyəti; Səbrli və məsuliyyətli olmalı. Uyğun namizədlərdən CV-lərini mövzu yerinə “Müştəri xismətləri üzrə mütəxəssis” qeyd edərək, Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Qeyd: Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.