Vakansiya haqqında
İş şəraiti
İş yeri: Bakı şəhəri
İş qrafiki: 5 günlük iş həftəsi, tam iş günü ( 10:00 – 19:00 )
Əmək haqqı: Namizədin təcrübə və bacarıqlarına əsasən müəyyən edilir.
Əsas vəzifə öhdəlikləri
İşçilərin əməkhaqqı, məzuniyyət, xəstəlik vərəqəsi, ezamiyyə, mükafat və digər ödənişlərini düzgün hesablamaq;
Əməkhaqqı fondu üzrə aylıq plan-fakt təhlilləri aparmaq və rəhbərliyə hesabat təqdim etmək;
Gəlir vergisi, sosial sığorta, işsizlik sığortası və digər tutulmaların düzgün hesablanmasını təmin etmək;
Dövlət orqanlarına təqdim edilən əməkhaqqı, vergi, sosial sığorta və statistika hesabatlarını hazırlamaq;
e-gov, e-taxes, DSMF və digər elektron sistemlərdə məlumatların düzgün işlənməsini təmin etmək;
Əmək müqavilələri, əlavələr və əməkhaqqı dəyişiklikləri üzrə məlumatları vaxtında uçota almaq;
Əməkhaqqı üzrə arayış, hesablama cədvəli, ödəniş sənədi və digər sənədləri hazırlamaq;
Əməkhaqqı sənədlərinin düzgün saxlanmasını və arxivləşdirilməsini təmin etmək;
Daxili audit və yoxlamalar zamanı tələb olunan maliyyə və əməkhaqqı məlumatlarını təqdim etmək;
Bank, vergi, sosial sığorta və digər aidiyyəti qurumlarla iş proseslərində iştirak etmək;
Rəhbərliyin tapşırığına əsasən mühasibatlıqla bağlı digər xidməti işləri yerinə yetirmək.
Namizədə tələblər
Mühasibatlıq, maliyyə, iqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil;
Əməkhaqqı hesablanması sahəsində praktiki iş təcrübəsi;
Azərbaycan Respublikasının əmək, vergi və sosial sığorta qanunvericiliyi üzrə biliklər;
Məzuniyyət, xəstəlik vərəqəsi, ezamiyyə, mükafat və tutulmaların hesablanması qaydalarını bilmək;
e-gov, e-taxes, DSMF və aidiyyəti elektron sistemlərlə işləmə bacarığı;
MS Excel proqramında yaxşı işləmə bacarığı;
1C və ya digər mühasibat proqramları ilə iş təcrübəsi üstünlükdür;
Böyük işçi sayı olan şirkətlərdə əməkhaqqı hesablanması təcrübəsi üstünlükdür;
Restoran, xidmət və ya pərakəndə satış sahəsində iş təcrübəsi üstünlükdür;
Diqqətli, məsuliyyətli, analitik düşüncəli və hesabatlılığa önəm verən namizəd olmalıdır;
Məlumatların məxfiliyini qorumaq və kommersiya sirrinə riayət etmək bacarığı vacibdir.
Biz nə təklif edirik
Stabil və inkişaf edən şirkətdə çalışma imkanı;
Peşəkar maliyyə və HR komandası ilə birgə iş mühiti;
Əmək qanunvericiliyinə uyğun rəsmi işə qəbul;
Karyera və peşəkar inkişaf imkanı;
Çoxbrendli restoran idarəetməsi sahəsində praktiki təcrübə qazanmaq imkanı.
CV-nizi “Əmək haqqı üzrə mühasib” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
