Vakansiya haqqında
Rəqəmsal marketinq agentliyi Make Agency komandaya Qrafik dizayner axtarır. Bir gündə brendbuk, ertəsi gün reklam kampaniyası — burada eyni işi təkrarlamırsan.
Vəzifə öhdəlikləri:
Sosial media, reklam kampaniyaları və saytlar üçün qrafik materialların hazırlanması
Brend identikası ilə iş: loqotip, rəng palitrası, brendbuk
Çap materialları: katalog, buklet, bilbord, POS materiallar
Banner və reklam kreativlərinin hazırlanması, formatlar üzrə uyğunlaşdırılması
SMM və kopiraytinq komandası ilə birgə kontent hazırlanması
Hazır materialların brend üslubuna uyğunluğuna nəzarət
Tələblər:
Qrafik dizayn üzrə ən azı 2 il təcrübə
Adobe Photoshop və Illustrator üzrə peşəkar bilik
Tipoqrafika, kompozisiya və rəng üzrə möhkəm biliklər
Çap üçün fayl hazırlamaq bacarığı (CMYK, bleed, pre-press)
Portfolio — real layihələrdən nümunələr (mütləqdir)
Əlavə üstünlük veriləcək qabiliyyətlər:
Adobe After Effects və ya Premiere Pro ilə motion dizayn
InDesign, CorelDRAW
Figma ilə işləmə bacarığı
Süni intellekt alətləri ilə iş təcrübəsi
Biz sənə nə təklif edirik:
Sabit əmək haqqı: 1 000 – 1 500 AZN (təcrübəyə və portfolioya görə)
Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə
Müxtəlif sənaye sahələrindən tanınmış brendlərin layihələri
Yaradıcı azadlıq — ideyalarını sərbəst ifadə edə biləcəyin komanda
İş qrafiki: 5/7, B.e – Cümə, 10:00 – 19:00. Ofis: Bakı ş., Badamdar
Qısa zamanda zəngin portfel formalaşdırmaq imkanı
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
