Vakansiya haqqında
Azmade Group MMC öz komandasına "Kiçik Auditor" üçün namizəd axdarışındadır!
Əsas vəzifə funksiyalari:
Peşəkar audit üsullarını tətbiq etmək, audit yoxlama sənədlərini hazırlamaq və nəticələri müvafiq qaydada sənədləşdirmək;
Qarşıya qoyulmuş vəzifələri müəyyən edilmiş müddət və keyfiyyət tələblərinə uyğun şəkildə yerinə yetirmək;
Hesabatları, görülən işləri və sənədləri nəzərdən keçirmək, müəyyən edilmiş daxili nəzarət prosedurlarına riayət olunmasını təmin etmək;
Audit yoxlama nəticələri və tövsiyələri ilə bağlı məlumatların rəhbərliyə təqdim edilməsində, eləcə də gündəlik audit fəaliyyətlərinin icrasında digər təcrübəli auditorlara dəstək göstərmək;
Audit yoxlamaları nəticəsində hazırlanmış tədbirlər planının icra vəziyyətinin dövri qiymətləndirilməsində iştirak etmək;
İş fayllarının və audit sübutlarının düzgün qorunub saxlanılmasını təmin etmək;
Daxili audit vəzifələrinin icrasına maneələr yarandıqda, təşkilati iyerarxiyaya uyğun olaraq layihəyə cavabdeh şəxsi və ya müvafiq rəhbəri dərhal məlumatlandırmaq
Namizədə tələblər:
Ali təhsil – Maliyyə, Mühasibat uçotu, Audit və ya əlaqəli sahə;
Audit sahəsində minimum 1 il iş təcrübəsi arzuolunandır;
MS Office, xüsusilə Excel proqramından yaxşı istifadə bacarığı;
Maliyyə hesabatları və mühasibat uçotu üzrə ilkin biliklər;
İngilis dili biliyi arzuolunandır.
Analitik düşünmə və detallara diqqət;
Məsuliyyətlilik və komanda ilə işləmək bacarığı;
Regionlara ezamiyyətlərə getməyə hazır olmaq.
İş şəraiti:
Şirkət: Azmade Group
İş yeri: Sumqayıt
İş qrafiki: 5 günlük iş həftəsi
İş saatları: 09:00 – 18:00
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
