Vakansiya haqqında
NH Group MMC komandamıza Satış üzrə Data Analitik vəzifəsinə əməkdaş axtarır.
İş şəraiti
İş qrafiki: 5 günlük iş həftəsi
Əmək haqqı: 700–800 AZN
Əsas vəzifə öhdəlikləri:
Satış məlumatlarının toplanması, sistemləşdirilməsi və təhlil edilməsi;
Satış göstəricilərinin gündəlik, həftəlik və aylıq monitorinqinin aparılması;
Satış nəticələri üzrə hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;
Qrup və ayrı-ayrı satış nümayəndələrinin iş nəticələrinin təhlil edilməsi;
Satış planlarının icrasına nəzarət və nəticələrin təhlili;
Aşkar edilmiş uyğunsuzluqlar və problemlər üzrə müvafiq təhlillərin aparılması;
Rəhbərliyin tələb etdiyi digər analitik hesabatların hazırlanması.
Namizədə tələblər:
Yaş: 22–25
Cins: Kişi
Ali təhsil;
Satış analitikası və ya müvafiq sahədə 1–3 il iş təcrübəsi;
Microsoft Office, xüsusilə Excel proqramını yaxşı səviyyədə bilməsi;
1C proqramı üzrə biliklərin olması üstünlükdür;
Azərbaycan, rus və ingilis dillərini bilməsi;
Analitik düşüncə və güclü riyazi təfəkkür;
Məsuliyyətli və dəqiq iş prinsipi;
Komanda ilə işləmək bacarığı.
Xüsusi tələb: Analitik düşüncə və məsuliyyətlili namizədlər müraciət etsinlər.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
