Vakansiya haqqında
Komandamızı böyüdürük! Əgər siz də dinamik mühitdə çalışmaq, tələbələrə rus dilini sevdirmək və öz təcrübənizi bizimlə bölüşmək istəyirsinizsə, zəhmət olmasa bu vakansiyaya diqqət yetirin.
Namizədə olan tələblər:
Cins: Xanım və ya bəy namizədlər
Dil biliyi: Sərbəst rus dili biliyi
Tədris proqramı: Özünə məxsus Syllabus-un olması mütləqdir
İş təcrübəsi: Minimum 6 ay - 1 il tədris təcrübəsi arzuolunandır.
Qrafik: Səhər və xüsusilə axşam qruplarında dərslər keçməyə uyğun olmaq
Media: Kursun sosial media və reklam layihələri üçün video çəkilişlərdə iştirak etməyə razı olmaq
Biz nə təklif edirik?
Əməkhaqqı: Müsahibə zamanı akademiyada bildirilir
Mehriban və inkişaf yönümlü kollektiv
Təcrübə qazanmaq və peşəkar kimi böyümək imkanı
Siz də Basic Academy ailəsinin bir parçası olmaq istəyirsinizsə, CV-nizi Müraciət et düyməsikndə qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz. Zəhmət olmasa müraciət edərkən mövzu hissəsində "Rus dili müəllimi" qeyd etməyi unutmayın.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
