Vakansiya haqqında
Vəzifə öhdəlikləri:
Qatar avadanlıqlarının və mexanizmlərin montajı, sazlanması, işə salınması, səmərəli istifadəsi və texniki xidmətini həyata keçirmək;
Qatarların mexaniki elementlərinin və hərəkət hissələrinin texniki xidmətini göstərmək;
Avadanlıqların istismarı, təmiri və texniki xidmətinə aid xidmətlərin fəaliyyətinə nəzarət etmək;
Montaj və işə salma işlərini icra etmək;
Avadanlıqların diaqnostikasını və texniki baxışını həyata keçirmək.
Tələblər:
Ali və ya orta ixtisas (texniki) təhsili;
Müvafiq sahə üzrə 1–3 il iş təcrübəsi;
Rus və ya ingilis dili biliklərinə üstünlük verilir;
Məsuliyyətlilik;
Komandada işləmək bacarığı;
İntizamlılıq.
Şərtlər:
İş qrafiki: 5 günlük
Əmək haqqı: net 1300 AZN
İş yeri: Gəncə şəhəri
Tələblərə uyğun gələn namizədlərdən mövzu hissəsində “Mexanik (Gəncə Dəmiryolu vağzalı) qeyd etməklə CV Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməkləri xahiş olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
