Vakansiya haqqında
“StarLight” Academy “İngilis dili müəllimi” vakansiyası elan edir.
Tələblər
İngilis dili üzrə yüksək səviyyədə bilik (minimum B2/C1);
Dil biliyini təsdiq edən beynəlxalq sertifikat.
Müvafiq ixtisas üzrə ali təhsil; (Tərcümə və ingilis dili müəllimliyi ixtisasından məzun olan namizədlərə üstünlük veriləcək).
Güclü kommunikasiya və təqdimat bacarıqları;
Qrup və fərdi, əyani və onlayn dərslərin təşkili.
Məsuliyyətli, səbirli, öyrənməyə və inkişaf etməyə açıq olmaq.
Rus dili biliyi üstünlükdür.
Danışıq dərslərini aparma bacarığı.
Vəzifə öhdəlikləri
İngilis dili üzrə dərslərin planlaşdırılması və keçirilməsi;
Tələbələrin bilik səviyyəsinin qiymətləndirilməsi və inkişafının izlənilməsi;
Dərs materiallarının hazırlanması və müasir tədris metodlarından istifadə;
Tələbələrin danışıq, dinləmə, oxu və yazı bacarıqlarının inkişaf etdirilməsi;
Tədris prosesi ilə bağlı hesabatların və zəruri qeydlərin aparılması.
Smart Board və digər müasir tədris texnologiyalarından istifadə bacarığı.
İş şəraiti
Əmək haqqı - Sabit əmək haqqı (600-900 AZN).
İş qrafiki- 6 gün, 10:00 - 19:00
Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən əmək müqaviləsi.
Xətai prospekti, Luxen Plaza. 9-cu mərtəbə.
Uyğun namizədlər CV-lərini yalnız PDF formada Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər. Seçilmiş namizədlər müsahibəyə dəvət olunacaq.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
