Vakansiya haqqında
Vəzifə haqqında
Rəqəmsal məhsulların, mobil tətbiqlərin və veb platformaların istifadəçi təcrübəsinin və vizual interfeysinin hazırlanması və təkmilləşdirilməsi prosesində iştirak edəcək UX/UI Designer axtarılır.
Namizəd istifadəçi ehtiyaclarını, biznes tələblərini və müasir UX/UI prinsiplərini nəzərə alaraq intuitiv, funksional və istifadəsi rahat interfeyslərin hazırlanmasında iştirak edəcək.
Əsas vəzifə öhdəlikləri
Mobil tətbiq və veb platformalar üçün UX/UI dizaynlarının hazırlanmasında iştirak etmək;
Biznes tələblərini və istifadəçi ehtiyaclarını analiz edərək uyğun UX həllərinin hazırlanmasında iştirak etmək;
Wireframe, User Flow, Information Architecture və Interactive Prototype-ların hazırlanması;
Mobil və veb interfeyslərin müxtəlif ekran ölçülərinə və platformalara uyğunlaşdırılmasını təmin etmək;
Mövcud məhsullarda UX problemlərini müəyyənləşdirmək və onların təkmilləşdirilməsi üzrə təkliflər hazırlamaq;
Yeni məhsul və funksionallıqlar üzrə UX/UI araşdırmaları, istifadəçi ssenariləri və benchmark analizləri aparmaq;
Rəqib məhsulların və bazar həllərinin araşdırılmasında iştirak etmək;
İstifadəçi yönümlü və intuitiv interfeyslərin hazırlanmasına dəstək olmaq;
Design System və komponent kitabxanasının hazırlanması və inkişafında iştirak etmək;
Mövcud məhsullarda UI consistency və vahid dizayn standartlarını qorumaq;
Figma-da Components, Variants, Auto Layout və digər dizayn imkanlarından effektiv istifadə etmək;
Hazırlanmış dizaynların developer komandaya və biznes analitiklərə düzgün şəkildə təhvil verilməsini təmin etmək;
Developer-lərlə əməkdaşlıq edərək dizaynların texniki reallaşdırılmasını dəstəkləmək;
Dizayn həllərinin usability və user-centered design prinsiplərinə uyğunluğunu təmin etmək;
Hazırlanmış dizaynların istifadəçi və biznes tələblərinə uyğunluğunu qiymətləndirmək və zəruri təkmilləşdirmələri həyata keçirmək.
Namizədə tələblər
UX/UI Design sahəsində minimum 1 il iş təcrübəsi və portfolio;
Figma ilə işləmək üzrə yaxşı praktiki bacarıqlar;
Auto Layout, Components, Variants və Design System haqqında biliklər;
Mobil tətbiq və veb interfeys dizaynı üzrə əsas biliklər;
UX prinsipləri, usability, accessibility və User-Centered Design haqqında anlayış;
User Flow, Wireframe və Prototype hazırlamaq bacarığı;
• Komponent əsaslı dizayn və Design System ilə işləmək haqqında anlayış;
Responsive Design prinsipləri haqqında əsas biliklər;
UX/UI araşdırması və benchmark aparmaq bacarığı;
Analitik düşüncə və problemlərin həlli bacarığı;
Detallara diqqətli və yaradıcı yanaşma;
Komanda ilə işləmək və developer/BA komandaları ilə effektiv kommunikasiya bacarığı;
Azərbaycan dilində yaxşı yazılı və şifahi ünsiyyət bacarığı;
İngilis və ya rus dili biliyi üstünlükdür.
Şəxsi keyfiyyətlər
İstifadəçi ehtiyaclarını anlama və empati qurmaq bacarığı;
Analitik və sistemli düşüncə;
Öyrənməyə və yeni alətləri mənimsəməyə açıqlıq;
Məsuliyyətlilik və nəticəyönümlülük;
Detallara diqqət;
Komanda daxilində effektiv əməkdaşlıq;
Dizayn həllərini təkmilləşdirmək bacarığı.
Üstünlük veriləcək
Bankçılıq, FinTech və ya digər rəqəmsal məhsullar üzrə təcrübə;
Mobil bankçılıq və internet bankçılıq məhsulları haqqında anlayış;
Design System-in hazırlanması və inkişafı üzrə təcrübə;
UX Research və usability testing haqqında praktiki bilik;
Jira, Confluence və ya analoji məhsul idarəetmə alətləri ilə işləmə təcrübəsi;
Real layihələr üzrə UX/UI portfolio-nun olması.
Portfolio
Namizədin portfolio təqdim etməsi arzuolunandır. Portfolio-da ən azı 3-4 layihə üzrə dizayn prosesinin — problemin müəyyənləşdirilməsi, User Flow/Wireframe, UI dizayn, Prototype və yekun həllin — nümayiş etdirilməsi üstünlük hesab olunur.
Vakansiyaya Müraciət et düyməsində qeyd olunan linkə daxil olub TuranBank ASC-nin “İşə Qəbul Portalı”nda qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
