Vakansiya haqqında
İş yeri: Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Bəşir Bünyadov küç.
İş şərtləri:
Əmək haqqı: Müsahibə əsasında
İş qrafiki: 5 günlük iş həftəsi
İş saatları: 09:00–18:00
Nahar şirkət tərəfindən təmin olunur
Tələblər:
İqtisadiyyat, Maliyyə, Statistika, Biznesin idarə edilməsi və ya müvafiq sahə üzrə ali təhsil;
Analitika və hesabatlıq sahəsində minimum 3 il iş təcrübəsi;
MS Excel proqramını yüksək səviyyədə bilmək;
Pivot Table, Power Query və mürəkkəb Excel formulaları ilə işləmə bacarığı;
Power BI bilikləri üstünlükdür;
Güclü analitik və riyazi düşüncə;
Məlumatlarla işləmə və nəticələri düzgün interpretasiya etmə bacarığı;
Komandaya rəhbərlik və işin koordinasiyası bacarığı;
Məsuliyyətli, diqqətli və nəticəyönümlü olmaq.
Vəzifə öhdəlikləri:
Şirkətin satış, maliyyə və əməliyyat göstəricilərinin kompleks təhlilini aparmaq;
Gündəlik, həftəlik və aylıq analitik hesabatların hazırlanmasını və təqdim edilməsini təmin etmək;
Şirkətin əsas KPI göstəricilərini formalaşdırmaq, izləmək və nəticələri təhlil etmək;
Satış dinamikası, məhsul kateqoriyaları, regionlar və digər biznes göstəriciləri üzrə təhlillər aparmaq;
Məlumat bazalarının düzgünlüyünə və məlumatların keyfiyyətinə nəzarət etmək;
Excel və Power BI vasitəsilə dashboard, analitik cədvəl və vizual hesabatlar hazırlamaq;
Plan və fakt göstəricilərini müqayisə etmək, kənarlaşmaların səbəblərini müəyyənləşdirmək;
Analitik nəticələr əsasında biznes proseslərinin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlamaq;
Rəhbərliyin qərarvermə prosesini dəstəkləyən analitik məlumat və təqdimatlar hazırlamaq;
Analitik komandanın işini koordinasiya etmək və tapşırıqların icrasına nəzarət etmək;
Rəhbərliyin tələb etdiyi digər analitik hesabat və təhlilləri hazırlamaq.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsində “Baş Analitik” qeyd etməyiniz xahiş olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
