Vakansiya haqqında
Rewire Model Group (RMG) komandamıza qoşulmaq üçün korporativ satış sahəsində təcrübəli və nəticəyönümlü Satış Meneceri axtarırıq.
Vəzifə öhdəlikləri
Şirkətin biznes konsaltinq, rəqəmsallaşma və İT həllərinin (ERP, CRM, biznes proseslərinin avtomatlaşdırılması, süni intellekt və digər rəqəmsal həllər) korporativ müştərilərə satışını həyata keçirmək
Yeni korporativ müştəriləri müəyyən etmək, potensial müştərilərlə əlaqələr qurmaq və yeni satış imkanları yaratmaq
Mövcud müştəri portfelini idarə etmək və uzunmüddətli əməkdaşlıqları inkişaf etdirmək
Müştərilərlə görüşlər keçirmək, onların biznes ehtiyaclarını və mövcud proseslərini təhlil etmək, uyğun həllər təqdim etmək
Şirkətin həll və xidmətlərinin təqdimatlarını keçirmək
Kommersiya təklifləri hazırlamaq, danışıqlar aparmaq və müqavilələrin bağlanmasını təmin etmək
Satış prosesini ilkin əlaqədən müqavilənin bağlanmasına qədər idarə etmək
Satış planlarının və müəyyən edilmiş hədəflərin yerinə yetirilməsini təmin etmək
Satış nəticələrini və potensial satış imkanlarını mütəmadi olaraq izləmək və təhlil etmək
Bazar tendensiyalarını, müştəri ehtiyaclarını və rəqiblərin fəaliyyətini izləyərək satış strategiyasının inkişafına töhfə vermək
Tələblər
Ali təhsil (Biznesin İdarə Edilməsi, Marketinq, İqtisadiyyat, İnformasiya Texnologiyaları və ya əlaqəli sahələr üzrə təhsil üstünlükdür)
Minimum 5 il satış sahəsində iş təcrübəsi
B2B və korporativ satış sahəsində təcrübə
İT xidmətləri, proqram təminatı, biznes konsaltinq və ya texnoloji həllərin satışı üzrə təcrübə üstünlükdür
ERP, CRM, biznes proseslərinin avtomatlaşdırılması və süni intellekt həlləri haqqında ümumi anlayış üstünlük hesab olunur
Güclü ünsiyyət, təqdimat və danışıqlar aparmaq bacarığı
Müştəri ehtiyaclarını müəyyən etmək və uyğun həllər təklif etmək bacarığı
Nəticəyönümlü və təşəbbüskar yanaşma
Analitik düşünmə və problem həll etmə bacarığı
Müstəqil və komanda daxilində effektiv işləmək bacarığı
İş şəraiti
Rəsmi əmək müqaviləsi
Yanacaq və mobil telefon xərclərinin şirkət tərəfindən qarşılanması
Satış nəticələrinə əsaslanan motivasiya və bonus sistemi
Peşəkar inkişaf və karyera yüksəlişi imkanları
Müasir və dinamik iş mühiti
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Satış Meneceri” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
