Vakansiya haqqında
İş şəraiti
5 günlük iş qrafiki: 09:00 - 18:00 (istirahət: şənbə və bazar)
Əmək haqqı razılaşma yolu ilə
Nahar şirkət tərəfindən təmin edilir
Ünvan: Bakı şəhəri, Xətai Rayonu, Həzi Aslanov qəs., Camal Hacıəliyev küçəsi
Əsas Vəzifələr
Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkili;
Vergi və maliyyə uçotunun aparılması;
Ödənişləri nəzarətdə saxlamaq, "internet banking" vasitəsilə hesablara nəzarət etmək və ödənişləri reallaşdırmaq;
Əməkhaqqı, məzuniyyət, son haqq-hesab və digər ödənişlərin hesablanması və ödənilməsi;
Aylıq, rüblük və illik vergi hesabatlarının və arayışların hazırlanması, bu hesabatların vəziyyətinin izlənilməsi, daxil olan kameral uyğunsuzluq məktublarının və sorğuların cavablandırılması;
Vergi ödəyicilərinin dövriyyələrinin izlənilməsi, xüsusilə ƏDV dövriyyəsinə nəzarət edilməsi;
Vergilərin düzgün və vaxtında ödənilməsinə nəzarət edilməsi;
Mühasibat uçotu və vergitutma ilə bağlı digər vəzifələrin icrası.
Namizədə tələblər
Ali təhsil (maliyyə və mühasibatlıq sahəsi üzrə)
Müvafiq sahədə minimum 3 (üç) il iş təcrübəsi;
Vergi Qanunvericiliyi və Mühasibat Uçotu sahəsində yüksək səviyyədə biliklərə;
Logo proqramı üzrə biliklər;
MS Office proqramları üzrə yüksək səviyyədə biliklər.
CV faylını “Aparıcı Mühasib” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərsiniz.
Əlaqə nömrəsi: +994 55 500 29 20
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
