Vakansiya haqqında
Əsas vəzifələr:
Potensial korporativ müştəriləri müəyyənləşdirmək və onlarla ilkin əlaqə yaratmaq;
Şirkətlərin ehtiyaclarını analiz etmək və uyğun xidmət həlləri təklif etmək;
BMG International-ın xidmət və həlləri barədə korporativ müştərilərə təqdimatlar keçirmək;
Görüşlər, danışıqlar və kommersiya təklifləri prosesini idarə etmək;
Satış prosesini ilk əlaqədən müqavilənin bağlanmasına qədər müşayiət etmək;Yeni korporativ müştərilər cəlb etmək və mövcud müştərilərlə uzunmüddətli əməkdaşlıq qurmaq;
Bazar və potensial müştərilər üzrə araşdırmalar aparmaq;
Satış hədəflərinə nail olmaq və satış nəticələri barədə mütəmadi hesabatlar hazırlamaq;
CRM sistemində müştəri və satış məlumatlarını düzgün qeyd etmək və yeniləmək.
Namizəddən gözləntilər:
B2B satış sahəsində iş təcrübəsi;
Təlim və təhsil sektorunda iş təcrübəsinin olması üstünlükdür;
Korporativ müştərilərlə ünsiyyət və danışıqlar aparmaq bacarığı;
Azərbaycan dilində səlis danışıq və yazı bacarığı, rus və/və ya ingilis dili biliyi üstünlükdür;
Güclü təqdimat, kommunikasiya və inandırma bacarıqları;
Analitik düşüncə və müştəriyönümlü yanaşma;
Satış hədəfləri ilə işləmək və nəticəyə fokuslanmaq;
CRM sistemləri və MS Office proqramları ilə işləmək bacarığı üstünlükdür.
Biz nə təklif edirik?
Rəqabətqabiliyyətli əməkhaqqı + performansa əsaslanan bonus sistemi;
Peşəkar inkişaf və karyera yüksəlişi imkanları;
Davamlı təlim və mentorluq dəstəyi;
Korporativ satış sahəsində praktiki inkişaf imkanı;
Güclü komanda və müasir iş mühiti.
Əgər B2B satış sahəsində özünü inkişaf etdirmək, korporativ müştərilərlə işləmək və nəticəyönümlü komandaya qoşulmaq istəyirsinizsə, CV-nizi bizimlə paylaşın və BMG International komandasının bir hissəsi olun!
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Əlaqə: 010 234 41 46
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
