Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Son yoxlamadan ən azı 3 gün keçib. Elanın aktuallığını mənbədə yoxlayın.

Vakansiya bağlanıb

Bu elan arxivdə saxlanılır. Müraciət etməzdən əvvəl mənbədə aktivliyini yoxlayın.

Ram Holding

Senior QA Engineer

Şəhər göstərilməyibMənbə: JobSearch.az

Vakansiya haqqında

Namizədə olan tələblər: Ali təhsil; Proqram təminatının keyfiyyət təminatı (QA) sahəsində minimum 5 il iş təcrübəsi, o cümlədən QA proseslərinin müstəqil şəkildə təşkilində təcrübə; Funksional, inteqrasiya və reqressiya testləri üzrə güclü praktiki təcrübə; HTTP, REST API, JSON, klient-server arxitekturası və verilənlər bazaları üzrə yaxşı biliklər; Avtomatlaşdırılmış testlərin hazırlanması və ya dəstəklənməsi üzrə praktiki təcrübə; SDLC və CI/CD prosesləri, həmçinin proqram təminatının hazırlanmasının müxtəlif mərhələlərində QA rolunun yaxşı anlaşılması. Dil bilikləri: Azərbaycan dili – səlis, rus dili və ingilis dili – üstünlükdür. Vəzifə öhdəlikləri: Yeni məhsulların, funksiyaların və dəyişikliklərin hazırlanmasının bütün həyat dövrü ərzində QA prosesinin təşkili; Test strategiyasının, test planlarının, test ssenarilərinin və keyfiyyət meyarlarının hazırlanması; Funksional, inteqrasiya, reqressiya və API testlərinin həyata keçirilməsi; Test avtomatlaşdırmasının inkişaf etdirilməsi və CI/CD proseslərinə inteqrasiyası; Defektlərin təhlili, təkrarlanan problemlərin qarşısının alınması və hazırlanma keyfiyyətinin artırılması məqsədilə proqramçılar, analitiklər və DevOps mütəxəssisləri ilə birgə iş. İş şərtlərimiz: İş qrafiki: Tam iş günü (5 gün); İş saatları: 08:30-17:30; İş yeri: Port Baku Tower 2; Nahar şirkət tərəfindən təmin olunur. Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Senior QA Engineer” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri və ya https://careers.ram.az/?vacancy=2555&source=UC_HBS8ZI linki vasitəsilə birbaşa müraciət etmələri xahiş olunur.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.