Vakansiya haqqında
Tələblər:
Stewarding sahəsində iş təcrübəsi;
Hotel və ya restoran sahəsində əvvəlki təcrübə arzuolunandır;
Komandanı koordinasiya etmək və iş bölgüsü aparmaq bacarığı;
Güclü təşkilatçılıq və ünsiyyət bacarıqları;
Sanitariya, gigiyena və təhlükəsizlik standartları haqqında məlumatlı olmaq;
Detallara diqqətli və məsuliyyətli olmaq;
Çevik və dinamik iş mühitində işləmək bacarığı;
Növbəli iş qrafikində işləməyə hazır olmaq;
Pozitiv, peşəkar və komanda yönümlü yanaşma.
Vəzifə öhdəlikləri:
Stewarding komandasının gündəlik işini koordinasiya və təşkil etmək;
İşçilər arasında gündəlik tapşırıqları bölüşdürmək və işlərin vaxtında tamamlanmasına nəzarət etmək;
Mətbəx, restoran və stewarding sahələrinin təmizlik və gigiyena standartlarına uyğun saxlanılmasını təmin etmək;
Qab-qacaq, mətbəx avadanlıqları və inventarın təmizliyinə və düzgün istifadəsinə nəzarət etmək;
Təmizlik vasitələri və avadanlıqların düzgün və təhlükəsiz istifadəsini təmin etmək;
İnventarın mövcudluğunu və vəziyyətini izləmək, çatışmazlıq və zədələnmələr barədə rəhbərliyə məlumat vermək;
Mətbəx və Food & Beverage komandaları ilə effektiv əməkdaşlıq etmək;
Yaranan əməliyyat problemlərini operativ şəkildə həll etmək və rəhbərliyə məlumat vermək;
Komanda üzvlərinin hotel standartları, gigiyena və təhlükəsizlik prosedurlarına əməl etməsini təmin etmək;
Yeni əməkdaşların adaptasiyası və təliminə dəstək olmaq;
Hotel və şöbə təlimlərində, toplantılarda və digər tədbirlərdə iştirak etmək;
Rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.
Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndər bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
