Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Azinvest İnşaat

Smeta mühəndisi

Şəhər göstərilməyibMənbə: JobSearch.az

Vakansiya haqqında

Öhdəliklər: Layihələrin və iş həcmlərinin yoxlanılması, aşkar edilmiş uyğunsuzluqları və çatışmazlıqları Sifarişçi (və / və ya layihəçi) tərəfə yazılı şəkildə bildirmək; Layihələrin gələcəkdə icrası zamanı işlərin mövcud tikinti norma və qaydalarına, şərtnamələrə, tikintinin təşkilinə və mövcud naturaya əsasən icra edilmə mümkünlüyünün yoxlanılması; İş həcmləri olmadığı zaman layihə, müqavilə, spesifikasiya və digər texniki sənədlər əsasında iş həcmləri cədvəlinin tərtib edilməsi; İcra edilmiş, lakin iş həcmləri olmayan işlərin qiymətləndirilməsi məqsədi ilə naturaya əsasən ölçmə işlərinin aparılması; İşin icrası zamanı Sifarişçi və ya forsmajor hallardan dolayı müqavilədən kənarlaşmaların, Sifarişçinin tələbi üzrə layihə və smeta sənədlərində yaranan əlavə işlərin həcminin ölçülməsi, qiymətləndirilməsi; Layihə, smeta, müqavilə, spesifikasiya və digər texniki sənədlər əsasında ilkin material siyahısının çıxarılaraq qiymət təklifi alınması məqsədi ilə təchizat şöbəsinə təqdim edilməsi; İş həcmlərinin qiymətləndirilməsi üçün ilkin olaraq geoloji hesabatların, layihə yerinin (işin icrasında yarada biləcək çətinliklərin öyrənilməsi məqsədi ilə), müqavilə, spesifikasiya və digər texniki sənədlərin araşdırılması; Subpodrat təşkilatlardan təkliflərin alınması, təqdim edilmiş ehtimal olunan qiymətlərin yoxlanılması, müqayisəsi və təhlili; İş həcmlərinin cari qiymətlər əsasında qiymətləndirilməsi; Ehtiyac olduğu təqdirdə konkret işlərin qiymət formalaşmasının analizinin aparılması. Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini Subject/Mövzu hissədə “Smeta mühəndisi” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməsi xahiş olunur.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.