Vakansiya haqqında
WHSmith Baku komandamıza qoşul!
Dünyanın tanınmış səyahət pərakəndə satış brendlərindən biri olan WHSmith-in Bakıdakı ilk mağazası Heydər Əliyev adına Beynəlxalq Hava Limanında açılır.
Yeni mağazamız üçün məsuliyyətli, enerjili və müştəri xidmətinə önəm verən əməkdaşlar axtarırıq.
Vəzifə öhdəlikləri:
Gecə növbəsi ərzində mağazanın fəaliyyətini koordinasiya etmək
Satıcı-kassirlərin işinə nəzarət etmək və tapşırıqları bölüşdürmək
Müştərilərə yüksək səviyyədə xidmət göstərilməsini təmin etmək
Kassa əməliyyatlarına, növbə təhvil-təsliminə və maliyyə intizamına nəzarət etmək
Məhsulların rəflərdə düzgün yerləşdirilməsini və qiymət etiketlərinin uyğunluğunu yoxlamaq
Məhsul qalığına, istifadə müddətlərinə və mağazanın ümumi vəziyyətinə nəzarət etmək
Gecə növbəsi üzrə satış və əməliyyat hesabatlarını hazırlamaq
Yarandığı halda müştəri müraciətlərini və əməliyyat problemlərini həll etmək
Namizədə tələblər:
Orta ixtisas və ya ali təhsil
Pərakəndə satış sahəsində minimum 2 il iş təcrübəsi
Baş satıcı, növbə rəhbəri və ya oxşar vəzifədə iş təcrübəsi üstünlükdür
Kassa və POS sistemləri ilə işləmək bacarığı
Komanda idarəetmə və təşkilatçılıq bacarığı
Azərbaycan dilində sərbəst danışıq bacarığı
İngilis və rus dili biliyi üstünlükdür
Diqqətlilik, dürüstlük və məsuliyyətlilik
Gecə növbəsində və bayram günlərində işləməyə hazır olmaq
Biz nə təklif edirik?
Beynəlxalq brenddə iş imkanı
Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə
Stabil əməkhaqqı
Növbəli iş qrafiki
Peşəkar təlim və inkişaf imkanları
Karyera yüksəlişi perspektivi
Dinamik və beynəlxalq iş mühiti
İş yeri: Heydər Əliyev adına Beynəlxalq Hava Limanı, WH Smith mağazası
Əməkhaqqı: Vəzifə və təcrübəyə uyğun olaraq müsahibə əsasında müəyyən ediləcək.
Müraciət etmək istəyən namizədlər CV-lərini mövzu hissəsində müraciət etdikləri vəzifənin adını qeyd etməklə Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilər və ya elektron poçt ünvanına göndərə bilərlər - info@gudfood.az
Yalnız ilkin seçim mərhələsindən keçən namizədlərlə əlaqə saxlanılacaq.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
