Vakansiya haqqında
Vəzifə və öhdəliklər
Anbar fəaliyyətlərinin gündəlik idarə olunmasını və koordinasiyasını həyata keçirmək
Xammal, yarımfabrikat və hazır məhsulların qəbulunu, saxlanmasını və buraxılışını nəzarətdə saxlamaq
Inventar uçotunun düzgün aparılmasını təmin etmək və sistemdə məlumatların dəqiqliyinə nəzarət etmək
Mütəmadi inventar yoxlamaları təşkil etmək və nəticələri təhlil etmək
Uyğunsuzluqları (çatışmazlıq, artıq qalıq və s.) araşdırmaq və aradan qaldırılması üçün tədbirlər görmək
Anbar sahəsinin səmərəli təşkilini təmin etmək (yerləşdirmə, zonalaşdırma və s.)
Materialların düzgün saxlanma şəraitinə və təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət etmək
Anbar proseslərini optimallaşdırmaq və səmərəliliyi artırmaq üçün təkliflər vermək
İstehsalat, satınalma və logistika komandaları ilə koordinasiyalı işləmək
Hesabatların hazırlanmasını və rəhbərliyə təqdim edilməsini təmin etmək
ERP və ya digər sistemlərdə inventar məlumatlarının düzgün idarə olunmasını təmin etmək
İş təlimatlarına (SOP) və daxili prosedurlara riayət olunmasına nəzarət etmək
Təhlükəsizlik, əməyin mühafizəsi və yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasını təmin etmək.
Vəzifə funksiyaları çərçivəsində rəhbər tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək
Tələblər
Təhsil: Minimum orta təhsil (və ya daha yüksək)
Təcrübə: Təcrübə arzuolunandır, lakin tələb olunmur (təlim təmin ediləcək)
İnventar idarəetmə sistemləri və MS Excel proqramı ilə işləmə təcrübəsi olan namizədlərə üstünlük verilir
Texniki təlimatları (SOP) oxuma, anlama və tətbiq etmə bacarığı
Dil bilikləri:
Azərbaycan dili – mütləq
Digər xarici dilləri bilmək üstünlük hesab olunur, lakin tələb olunmur
Səriştələr:
Güclü təşkilatçılıq və planlama bacarıqları
Analitik düşünmə və problemlərin həlli bacarığı
Qərarvermə və prioritetləşdirmə qabiliyyəti
Yüksək məsuliyyət hissi və nəticəyönümlü yanaşma
Effektiv ünsiyyət və komanda ilə əməkdaşlıq bacarığı
Dəqiqlik və detallara diət (xüsusilə inventar idarəetməsində)
Stress altında işləmə və dəyişikliklərə uyğunlaşma bacarığı
Vaxtın effektiv idarə olunması və çoxsaylı tapşırıqların koordinasiyası
İmkanlar və Əlavə Qeydlər
Könüllü tibbi sığorta
Karyera inkişafı və peşəkar təlim imkanları
Beynəlxalq texnologiya tərəfdaşları ilə işləmək imkanı
İrimiqyaslı istehsalat və texnologiya layihələrində iştirak
Təşəbbüs və innovativ ideyalara dəstək
5 günlük iş qrafiki (09:00–18:00)
İş yeri: istehsalat sahəsi
Cari vakansiyanın “adını” e-poçtun Mövzu/Subject bölməsində qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına CV göndərməklə müraciət edə bilərsiniz.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
