Vakansiya haqqında
Əsas vəzifə öhdəlikləri:
Anbara daxil olan material və avadanlıqların qəbulunu həyata keçirmək və sənədlərə uyğunluğunu yoxlamaq
Materialların düzgün şəkildə yerləşdirilməsi, saxlanması və qorunmasını təmin etmək
Anbar üzrə giriş və çıxış əməliyyatlarını tələbnamələr və qaimələr əsasında aparmaq
Anbar uçotunu (gündəlik qalıqlar, mədaxil və məxaric) dəqiq şəkildə aparmaq
Elektron uçot sistemlərində (Excel, 1C və s.) məlumatları vaxtında yeniləmək
Materialların itki, zədələnmə və düzgün istifadə olunmasına nəzarət etmək
Anbarın səliqə-sahmanını və təhlükəsizlik qaydalarına əməl olunmasını təmin etmək
Rəhbərliyə gündəlik və aylıq anbar hesabatlarını təqdim etmək
Tikinti materiallarının və avadanlıqların layihə üzrə sərfiyyatına nəzarət etmək
Namizədə dair tələblər
Orta və ya ali təhsil
Tikinti sahəsində anbar və ya material uçotu üzrə minimum 1–3 il iş təcrübəsi
MS Excel və anbar proqramlarında (1C, ERP və s.) işləmək bacarığı
Məsuliyyətli, dəqiq və diqqətli olmaq
Komanda ilə işləmək və ünsiyyət qurmaq bacarığı
Məsuliyyət
Tikinti materiallarının (sement, armatur, beton, metal konstruksiya və s.) qəbul və təhvil prosesinin aparılması
Materialların layihə üzrə düzgün uçotunun və hərəkətinin təmin edilməsi
Anbara daxil olan malların miqdar və keyfiyyət baxımından yoxlanılması
Materialların sahəyə verilməsi və sərfiyyatın gündəlik qeydiyyatı
Anbar qalıqlarının daim nəzarətdə saxlanılması və inventarizasiyada iştirak
Subpodratçılara verilən materialların ayrıca uçotunun aparılması
Sənədləşmənin (qaimə, akt, tələbnamə və s.) düzgün və vaxtında aparılması
Materialların itki, zədələnmə və israfının qarşısının alınması
İş şəraiti:
Pozitiv və dəstəkləyici iş mühiti;
İş qrafiki: Tam iş günü (6 günlük iş həftəsi);
İş yeri: Bakı;
İş vaxtı: 09:00-18:00
Əmək haqqı işçinin təcrübə və bacarıqlarına uyğun olaraq tərəflər arasında razılaşdırılır.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Anbardar” yazaraq Müraciət et düyməsində qeyd olunan folmu dolduraraq göndərmələri xahiş olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
