Vakansiya haqqında
Vəzifə öhdəlikləri:
Salona gələn qonaqların və müştərilərin qarşılanması, xidmətlər haqqında məlumatlandırılması;
Salon xidmətləri üzrə rezervasiyaların və müştəri qeydiyyatının aparılması;
Ustaların iş qrafikinin koordinasiyası və rezervasiyaların düzgün bölüşdürülməsi;
Telefon, WhatsApp və sosial şəbəkələr vasitəsilə daxil olan müraciətlərin cavablandırılması;
Nağd və nağdsız ödənişlərin qəbul edilməsi, kassa əməliyyatlarının aparılması;
Gündəlik rezervasiya, satış və ödəniş hesabatlarının hazırlanması;
Müştəri məmnuniyyətinin təmin edilməsi, şikayət və təkliflərin operativ cavablandırılması;
Salonun resepsion və gözləmə zonasının səliqəsinə nəzarət edilməsi;
Digər müraciətlərin qəbul olunması və müvafiq əməkdaşlara yönləndirilməsi;
Salonun gündəlik inzibati və təşkilati işlərinin icrasında iştirak edilməsi.
Namizədə tələblər:
Yaş: 21–30;
Xidmət sahəsində, xüsusilə gözəllik salonu və ya uşaq əyləncə mərkəzində iş təcrübəsi;
Azərbaycan və rus dillərində sərbəst danışıq (mütləqdir);
İngilis dili biliyi üstünlükdür;
Kompüter, kassa və qeydiyyat sistemləri ilə işləmək bacarığı;
Yüksək ünsiyyət mədəniyyəti və müştəriyönümlü yanaşma;
Uşaqlarla və valideynlərlə mehriban, səbirli davranış;
Komandada işləmək və eyni vaxtda bir neçə işi idarə etmək bacarığı;
Punktuallıq, məsuliyyətlilik, operativlik və səliqəlilik;
İş qrafikinə ciddi riayət etmək və tapşırıqları vaxtında yerinə yetirmək.
İş yeri: JUMANJI Salonu, Ağ Şəhər, Bakı.
Əməkhaqqı və iş qrafiki: Müsahibə zamanı müzakirə olunur.
Yalnız qeyd olunan tələblərə uyğun namizədlərin müraciət etməsi xahiş olunur.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına “Resepşionist / Administrator” başlığı ilə göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
