Vakansiya haqqında
Vakansiya: Korporativ Satış üzrə MütəxəssisŞirkətimiz korporativ müştərilərlə görüşlər keçirəcək, yeni əməkdaşlıqlar quracaq və potensial müştəriləri şirkətlə əməkdaşlığa cəlb edəcək bəy və xanım namizədlər axtarır.
Vəzifə öhdəlikləri:
Şirkətin korporativ tətbiqi vasitəsilə sifarişlərin və satış proseslərinin idarə olunması;
Müştərilərlə əlaqələrin qurulması və satışın həyata keçirilməsi;
Mövcud müştəri bazasının idarə olunması və inkişaf etdirilməsi;
Yeni korporativ müştərilərin cəlb edilməsi;
Satış planlarının yerinə yetirilməsi;
Gündəlik satış hesabatlarının hazırlanması və təqdim edilməsi.
Namizədə tələblər:
Şəxsi avtomobilin olması mütləqdir;
Ünsiyyət qurmaq və müştərilərlə işləmək bacarığı;
Satış sahəsində iş təcrübəsi;
Səliqəli, məsuliyyətli və punktual olmaq;
Aktiv, təşəbbüskar və nəticəyönümlü çalışma bacarığı.
Şirkət tərəfindən təqdim olunur:
Rəqabətli əmək haqqı və bonus sistemi;
Əmək haqqının artım imkanı;
Karyera inkişafı perspektivi;
Yanacaq xərclərinin şirkət tərəfindən qarşılanması;
Stabil və peşəkar iş mühiti.
İş şəraiti:
İş qrafiki: 6 günlük;
İş saatları: 09:00–18:00;
İstirahət günü: Bazar.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
