Vakansiya haqqında
İş haqqında
Azər Medical medikal şirkəti satış komandamıza qoşulmaq üçün satış sahəsində təcrübəli xanım namizəd axtarır.
Vəzifə öhdəlikləri
Logix proqram təminatı vasitəsilə gündəlik iş proseslərinin həyata keçirilməsi;
Şirkətin məhsulları üzrə satış əməliyyatlarının həyata keçirilməsi;
Logix proqramında qaimələrin hazırlanması və işlənilməsi;
Satış prosesləri ilə bağlı sənədləşmə işlərinin aparılması;
Müştərilərlə telefon və digər kommunikasiya vasitələri üzərindən əlaqə saxlanılması;
Müştərilərdən daxil olan sifarişlərin qəbul edilməsi və müvafiq qaydada işlənilməsi;
Müştərilərlə düzgün və effektiv ünsiyyətin qurulması;
Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında və düzgün yerinə yetirilməsi.
Tələblər
Cins: Xanım;
Satış sahəsində minimum 1 il iş təcrübəsi;
Logix proqram təminatı üzrə bilik və praktiki işləmə bacarığı;
Kompüter bilikləri, xüsusilə MS Office proqramlarından yaxşı səviyyədə istifadə bacarığı;
Rus dili biliyi üstünlükdür;
Məsuliyyətli, dəqiq və operativ olmaq;
Komandada işləmək bacarığı;
İş prosesində diqqətli və nizam-intizamlı olmaq.
İş şəraiti
İş qrafiki: 6 günlük;
Bazar ertəsi – cümə: 09:00–17:00;
Şənbə: 09:00–15:00.
Müraciət qaydası
Vakansiya ilə maraqlanan və qeyd olunan tələblərə uyğun namizədlər CV-lərini göndərərək müraciət edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
