Vakansiya haqqında
Şirkətimiz xammal məhsullarının satışı və korporativ müştərilərlə əməkdaşlığın inkişaf
etdirilməsi istiqamətində komandamıza aktiv, ünsiyyətcil və nəticəyönümlü Satış mütəxəssisi
axtarır.
Vəzifə öhdəlikləri
Azərbaycan bazarında potensial müştərilərin, xüsusilə iri zavodların, fabriklərin və
istehsalat müəssisələrinin müəyyən edilməsi və yeni müştəri bazasının formalaşdırılması;
Xammal məhsullarının satışı məqsədilə istehsalat müəssisələri və korporativ müştərilərlə
əlaqələrin qurulması;
Potensial müştərilərə kommersiya təkliflərinin
hazırlanması və göndərilməsi;
Müştərilərlə görüşlərin və işgüzar
danışıqların təşkil edilməsi və keçirilməsi;
Şirkətin təqdim etdiyi
məhsulların çeşidinin, texniki xüsusiyyətlərinin və istifadə sahələrinin öyrənilməsi;
Müştərilərə məhsullar haqqında ətraflı məlumatın verilməsi və məhsul təqdimatlarının
keçirilməsi;
Müştərilərin ehtiyaclarının müəyyən edilməsi və onlara uyğun
məhsulların təklif olunması;
Mövcud müştərilərlə əlaqələrin davam
etdirilməsi və uzunmüddətli əməkdaşlığın inkişaf etdirilməsi;
Satış
prosesinin ilkin əlaqədən müqavilənin bağlanmasına qədər izlənilməsi;
Görülmüş işlər, keçirilmiş görüşlər və satış nəticələri barədə mütəmadi hesabatların
hazırlanması.
Namizədə tələblər
Satış sahəsində minimum 2 il iş təcrübəsi;
B2B satış və korporativ müştərilərlə iş təcrübəsinin olması;
Azərbaycan dilində sərbəst və səlis ünsiyyət bacarığı;
Rus və ingilis dillərini bilən namizədlərə üstünlük veriləcək;
Güclü kommunikasiya, təqdimat və danışıqlar aparmaq bacarığı;
Yeni müştərilərin cəlb edilməsi və işgüzar əlaqələrin qurulması bacarığı;
MS Office proqramlarından istifadə bacarığı;
Məsuliyyətli, təşəbbüskar, çevik və nəticəyönümlü olmaq;
Komandada və müstəqil şəkildə işləmək bacarığı;
İstehsalat, sənaye və ya xammal məhsullarının satışı sahəsində təcrübəsi olan namizədlərə
üstünlük veriləcək.
İş şəraiti
İş yeri: Bakı şəhəri
İş qrafiki: Tam iş günü
Əmək haqqı: Namizədin bilik, bacarıq və iş təcrübəsinə əsasən müsahibə zamanı
müəyyən ediləcək.
Peşəkar inkişaf və karyera yüksəlişi
imkanları;
Korporativ müştərilərlə və iri istehsalat müəssisələri ilə
işləmək imkanı.
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Satış mütəxəssisi
(B2B)” qeyd etməkləMüraciət etdüyməsində qeyd olunan elektron poçt adresinə göndərə bilərlər
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
