Vakansiya haqqında
Yer: Bakı
Məşğulluq növü: Tam ştat
Bleyz Media media və reklam sahəsində fəaliyyət göstərən dinamik şirkətdir. Komandamızı genişləndirir və satış üzrə təcrübəli mütəxəssis axtarırıq.
Vəzifə öhdəlikləri
Reklam və media xidmətlərinin satışını həyata keçirmək
Yeni müştərilər cəlb etmək və mövcud müştərilərlə uzunmüddətli əlaqələr qurmaq
Müştərilərə kommersiya təklifləri hazırlamaq və təqdim etmək
Danışıqlar aparmaq, müqavilələri razılaşdırmaq və bağlamaq
Satış planlarının yerinə yetirilməsini təmin etmək
Bazar və rəqiblər üzrə analiz aparmaq
Satış hesabatlarını mütəmadi olaraq təqdim etmək
Tələblər
Media, reklam və ya marketinq sektorunda satış üzrə minimum 2-3 il iş təcrübəsi
Media sektorunda B2B satış təcrübəsi və müştəri bazasının olması üstünlükdür
Rus və ingilis dillərini yaxşı bilmək (yazılı və şifahi)
Azərbaycan dilini mükəmməl bilmək
Güclü danışıq, təqdimat və ünsiyyət bacarıqları
Nəticəyə yönümlülük və satış hədəflərinə çatmaq bacarığı
MS Office və CRM sistemləri ilə işləmək bacarığı
Məsuliyyətlilik, təşəbbüskarlıq və komanda ilə işləmək qabiliyyəti
Biz təklif edirik
Rəqabətli Əmək haqqı + satışdan bonus və komissiya
Peşəkar inkişaf və karyera imkanları
Dinamik və dostcasına iş mühiti
Əmək Məcəlləsinə uyğun rəsmi işə qəbul
CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin. Mövzu hissəsində “Satış Meneceri” qeyd edin.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
