Vakansiya haqqında
İş şəraiti
İş yeri: Bakı şəhəri,Heydər
Əliyev prospekti 115
Əməkhaqqı: 800 AZN + limitsiz
bonus
İş qrafiki: Bazar ertəsi – şənbə,
10:00–19:00
Məşğulluq növü: Tam ştat
Auto Trader MMC Amerika avtomobil hərraclarından Azərbaycana avtomobillərin sifarişi,
daşınması və idxalı üzrə ixtisaslaşmış şirkətdir.
Komandamıza avtomobil sahəsinə marağı olan, satış bacarıqlarına malik, məsuliyyətli və
nəticəyönümlü satış meneceri axtarırıq.
Vəzifə öhdəlikləri
Müştəri müraciətlərini cavablandırmaq və şirkətin xidmətləri barədə məlumat
vermək;
Müştərilərin büdcə və tələblərinə uyğun avtomobillərin
seçilməsində köməklik göstərmək;
Amerika avtomobil hərraclarında
avtomobilləri araşdırmaq və yekun idxal xərclərini hesablamaq;
Satış və
sifariş prosesini həyata keçirmək, müqavilələri rəsmiləşdirmək;
Sifarişin
icra vəziyyəti barədə müştəriləri mütəmadi olaraq məlumatlandırmaq;
Satış
və sifariş məlumatlarını şirkətin daxili sisteminə daxil etmək.
Namizədə dair tələblər
Avtomobil satışı üzrə satış meneceri vəzifəsində minimum 1 il iş
təcrübəsi;
Avtomobil markaları, modelləri və texniki xüsusiyyətləri
barədə biliklər;
Yüksək ünsiyyət, təqdimat və satış
bacarıqları;
Azərbaycan dilində sərbəst danışıq və ingilis dilində
məlumatları oxuyub anlamaq bacarığı;
Kompüter və ofis proqramları ilə
işləmək bacarığı;
Məsuliyyətli, dürüst, təşəbbüskar və nəticəyönümlü
olmaq;
Sürücülük vəsiqəsinin olması üstünlükdür.
Biz nə təklif edirik?
Rəsmi əmək müqaviləsi;
800 AZN sabit
aylıq əməkhaqqı;
Satılan hər avtomobilə görə əlavə
bonus;
Yuxarı həddi olmayan bonus sistemi;
Rahat iş şəraiti və korporativ iş telefonu.
Maraqlanan namizədlərdən CV-lərini mövzu hissəsində “Satış meneceri” qeyd
etməkləMüraciət etdüyməsində
qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Veb-sayt:https://autotrader.az
Yalnız vakansiyanın tələblərinə uyğun olan və müsahibə mərhələsinə seçilən namizədlərlə
əlaqə saxlanılacaq.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
