Vakansiya haqqında
“MOYA TRADE” MMC Bakıda marketləri, restoranları
və kafeləri meyvə-tərəvəzlə təchiz edir. Sifarişlər qəbul edilir, anbarda hazırlanır və ertəsi gün müştərinin
ünvanına çatdırılır.
Tələblər:
Təhsil: Orta ixtisas və ya
ali
B2B satışda, distribusiyada və ya ekspeditor kimi ən azı 1 il
təcrübə. Meyvə-tərəvəz, ərzaq və ya HoReCa sahəsində təcrübə üstünlükdür.
Şəbəkə marketlərin satınalma menecerləri, restoran və kafe sahibləri ilə danışıq aparmaq
bacarığı.
Şəxsi avtomobil və B kateqoriyalı sürücülük
vəsiqəsi.
Smartfondan sərbəst istifadə: WhatsApp, Google Maps, onlayn
sifariş sistemi.
Azərbaycan dilini mükəmməl, rus dilini danışıq
səviyyəsində bilmək.
Məsuliyyət, nəticəyə yönəlmə və müştəri ilə
uzunmüddətli əlaqə qurmaq bacarığı.
Vəzifə
öhdəlikləri:
Bakıda şəbəkə marketləri, restoranları, kafeləri və otelləri müəyyən etmək və
ziyarət etmək.
Meyvə-tərəvəz çeşidini və qiymətlərini təqdim etmək,
kommersiya danışıqları aparmaq.
Müştərilərlə alqı-satqı müqavilələrinin
bağlanmasını təşkil etmək.
Gündəlik sifarişləri qəbul etmək və onlayn
sistemə yerləşdirmək.
Müştəri bazasını yaratmaq və
yeniləmək.
Ödənişlərin vaxtında daxil olmasına nəzarət
etmək.
Mövcud müştərilərlə əməkdaşlığı davam etdirmək və satış həcmini
artırmaq.
İş şəraiti:
Rəsmi əmək müqaviləsi, sosial sığorta və illik məzuniyyət.
Maaş: 800 AZN (net).
Bonus: satış nəticələrinə
görə, KPI əsasında. Yuxarı həddi yoxdur.
Şəxsi avtomobilin yanacaq və
amortizasiya xərcləri qarşılanır.
Mobil rabitə xərcləri
qarşılanır.
İş qrafiki: həftədə 40 saat. Bazar ertəsi–cümə 09:00–17:00,
şənbə 09:00–14:00.
Müraciət etməzdən əvvəl elanı diqqətlə oxuyun. CV
göndərərkən məktubda və ya mesajda bu vəzifədə nə iş görəcəyinizi 2–3 cümlə ilə öz sözlərinizlə yazın. Qısa izahı
olmayan müraciətlər elanı oxumadan göndərilmiş hesab ediləcək və nəzərə alınmayacaq.
CV-niMüraciət etdüyməsində qeyd olunan elektron poçt ünvanına
göndərin MövzudaSatış ekspeditoru – HoReCa qeyd edin.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
