Vakansiya haqqında
Knight Academy Bakıda premium standartlı dil və təhsil akademiyasıdır: ingilis dili, IELTS, SAT, alman dili və xaricdə təhsil. SAT proqramımız üçün SAT Verbal (Reading & Writing) müəllimi axtarırıq.
Vəzifə öhdəlikləri
SAT Reading & Writing üzrə qrup və fərdi dərslər
Dərslərin planlaşdırılması, sınaq imtahanları (mock test) və nəticələrin təhlili
Tələbələrin irəliləyişinin izlənilməsi və rəy
Akademiyanın dərs standartlarına əməl: dəqiqlik, nizam-intizam, peşəkar görünüş
Tələblər
SAT Verbal (Reading & Writing) tədrisi təcrübəsi
İngilis dili C1 və yuxarı (IELTS 7.5+, TOEFL və ya yüksək SAT nəticəsi üstünlükdür)
Digital SAT formatını yaxşı bilmək
Dərslər əsasən əyani keçirilir — Xətaidə, metro yanında; bəzi qruplar onlayn ola bilər. Yalnız onlayn işləmək istəyən namizədlər uyğun deyil
Dəqiqlik, məsuliyyət və uzunmüddətli əməkdaşlıq niyyəti
Üstünlük sayılır
Öz SAT balınız (CV-də qeyd edin)
Tələbələrinizin nəticələri
Biz nə təklif edirik
Yarım ştat: gündüz, axşam və həftəsonu qrupları
Tələbə cəlbi və inzibati işlər akademiyanın üzərindədir — siz tədrisə fokuslanırsınız
Müraciət
CV-nizi knightacademyedu@gmail.com ünvanına göndərin. Mövzu: «SAT Verbal — Ad Soyad». Məktubda SAT balınızı və tədris təcrübənizi qeyd edin.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
