Vakansiya haqqında
📢 AZCON Holding “Rəqəmsal körpü” Təcrübə Proqramının 3-cü sessiyası üzrə müraciətlərin qəbuluna start verir.✅ Proqram İT sahəsində bakalavr təhsili alan tələbələrə istehsalat təcrübəsi çərçivəsində qazandıqları akademik bilikləri real iş mühitində praktik şəkildə tətbiq etmək imkanı yaradır.✅ 15 fevral – 31 may 2027-ci il tarixlərini əhatə edən bu proqram çərçivəsində iştirakçılar öz sahələri üzrə təcrübəli mütəxəssislərlə birgə çalışaraq onların bilik və təcrübəsindən faydalanacaq, eyni zamanda peşəkar iş mühitini yaxından tanımaq fürsəti qazanacaqlar.✅ Təcrübə dövründə iştirakçılar, o cümlədən müxtəlif öyrənmə və inkişaf tədbirlərinə cəlb ediləcək, mentorluq dəstəyi və rəqəmsal tədris platformalarına çıxış əldə edəcəklər.➡️ Son müraciət tarixi: 27 noyabr 2026-cı il
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
