Vakansiya haqqında
İş barədə məlumat
EVOL mağazalar şəbəkəsi komandamıza qoşulmaq üçün yaradıcı düşüncəyə, güclü vizual zövqə
və müasir texnologiyalardan istifadə bacarığına malik Qrafik Dizayner-Menecer axtarır.
Öhdəliklər
Qrafik dizayn və vizual kontent
Şirkətin reklam və marketinq kampaniyaları üçün kreativ dizaynlar
hazırlamaq;
Sosial media platformaları üçün post, story, banner, reklam
və digər vizual materiallar hazırlamaq;
Mebel, elektronika və digər
məhsulların reklam dizaynlarını yaratmaq;
Aksiya, endirim, yeni məhsul və
mağaza açılışları üçün reklam materialları hazırlamaq;
Çap məhsullarının
(poster, flayer, buklet, kataloq, banner və s.) dizaynını hazırlamaq;
Məhsul fotolarının redaktəsini, rəng korreksiyasını və vizual təkmilləşdirilməsini həyata
keçirmək;
Şirkətin vahid korporativ üslubunun qorunmasını təmin
etmək.
Süni intellekt (AI) texnologiyalarının tətbiqi
Süni intellekt vasitəsilə kreativ reklam ideyaları və vizual konseptlər
hazırlamaq;
AI alətləri ilə məhsul və reklam vizualları
yaratmaq;
Məhsulların interyer və müxtəlif mühitlərdə realistik
təqdimatını hazırlamaq;
AI vasitəsilə foto və video kontentlər yaratmaq
və redaktə etmək;
Reklam kampaniyaları üçün AI əsaslı kreativ materiallar
hazırlamaq;
Dizayn prosesində süni intellekt texnologiyalarından istifadə
etməklə işin sürətini və məhsuldarlığını artırmaq.
Dizayn prosesinin idarə edilməsi
Dizayn işlərinin aylıq və həftəlik planını hazırlamaq;
Marketinq və satış komandası ilə koordinasiyalı işləmək;
Mağazalardan daxil olan dizayn sifarişlərini sistemləşdirmək və icrasına nəzarət
etmək;
Reklam materiallarının vaxtında və keyfiyyətlə hazırlanmasını
təmin etmək;
Dizayn işlərinin nəticələrini təhlil etmək və yeni kreativ
yanaşmalar təklif etmək;
Çap və reklam istehsalı ilə məşğul olan
tərəfdaşlarla əməkdaşlıq etmək;
Hazırlanan bütün dizayn materiallarının
brend standartlarına uyğunluğuna nəzarət etmək.
Maraqlanan namizədlər
öz CV-lərini Müraciət etdüyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
