Vakansiya haqqında
Port Baku ərazisində fəaliyyət göstərəcək premium konseptli Art Studio üçün Qeydiyyatçı /
Administrator vəzifəsinə təcrübəçi axtarılır.
Vəzifə öhdəlikləri:
Studiyaya gələn qonaqların və müştərilərin qarşılanması;
Müştərilərə studiyanın xidmətləri, dərslər və master-klasslar haqqında məlumat
verilməsi;
Telefon zənglərinin və müraciətlərin
cavablandırılması;
Dərs cədvəlinin və rezervasiyaların idarə edilməsinə
dəstək göstərilməsi;
Müştəri məlumatlarının qeydiyyatının
aparılması;
Gündəlik inzibati və təşkilati işlərə dəstək
göstərilməsi;
Studiyada səliqəli və xoş qarşılanma mühitinin təmin
edilməsi.
Namizədə tələblər:
Ali təhsil mütləqdir;
Azərbaycan, rus və
ingilis dillərini sərbəst bilmək;
Yüksək ünsiyyət və təqdimat
bacarıqları;
Səliqəli və baxımlı xarici görünüş;
Məsuliyyətli, diqqətli və təşəbbüskar olmaq;
Komandada işləmək bacarığı.
Təcrübə proqramının şərtləri:
Təcrübə müddətində əməkhaqqı nəzərdə tutulmur;
Premium konseptli Art Studio-da praktiki təcrübə qazanmaq imkanı;
Müştəri xidməti və inzibati idarəetmə sahəsində bilik və bacarıqların inkişaf
etdirilməsi;
Peşəkar komanda ilə işləmək və yeni təcrübə əldə etmək
imkanı;
Təcrübə proqramını uğurla başa vuran namizədlər üçün gələcək
əməkdaşlıq imkanlarının nəzərdən keçirilməsi.
Maraqlanan namizədlər
öz CV-lərini Müraciət etdüyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
