Vakansiya haqqında
Təsvir
Qatarların tərtib olunması, tərkiblərin dağıdılması, vaqonların açılması və qoşulması üzrə manevr işlərini yerinə yetirmək;
Vaqonların yükləmə-boşaltma məntəqələrinə və xüsusi təyinatlı yollara verilməsini təmin etmək;
Stansiya ərazisində manevr işlərini təhlükəsiz və müəyyən edilmiş qaydalara uyğun həyata keçirmək;
İnsanlarla tutulu, əndazəli və təhlükəli yüklərlə yüklənmiş vaqonlarla manevr işlərini xüsusi ehtiyatla icra etmək;
Vaqonların düzgün qoşulmasını, bərkidilməsini və hərəkət təhlükəsizliyi tələblərinə uyğunluğunu yoxlamaq;
Manevr rəhbəri qismində manevr işlərinin düzgün və təhlükəsiz yerinə yetirilməsini təmin etmək;
Yükləmə və boşaltma işləri aparılan vaqonlarla manevr zamanı məsul şəxsin razılığı əsasında hərəkət etmək;
Stansiyanın texniki-sərəncam aktının tələblərinə uyğun olaraq vaqonların avtotormozlarını qoşmaq və tormoz başmaqları ilə bərkitmək;
Qatar heyətinin və vaqonların etibarlı bərkidilməsini, tormoz başmaqlarının istifadəsini və yoldəyişənlərin düzgün vəziyyətini təmin etmək;
Manevr işləri zamanı hərəkət təhlükəsizliyi, siqnalizasiya və əməyin mühafizəsi qaydalarına riayət etmək.
Tələblər
Ümumi təhsil;
Dəmiryolunun texniki istismar qaydaları, İşarəvermə təlimatı, Qatarların hərəkəti və manevr işinə dair təlimat üzrə biliklər;
Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları üzrə məlumatlılıq;
Diqqətlilik, şifahi ifadə bacarığı, peşəkar ehtiyatlılıq.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
