Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Azərbaycan Hava Yolları →

Planlama üzrə mühəndis

Razılaşma ilə

BakıMənbə: Hellojob.az

Vakansiya haqqında

Təsvir • Müəyyən layihə istiqamətləri üzrə planlaşdırma üzrə əsas əlaqələndirici kimi çıxış etmək; • Təsdiqlənmiş Layihə İşlərin Bölünməsi Strukturu (WBS) əsasında hazırlanmış planlaşdırma və nəzarət strukturlarını idarə etmək və nəzarətdə saxlamaq; • Primavera P6 proqramından istifadə etməklə layihələrin baza planlarını və iş qrafiklərini hazırlamaq, yeniləmək və izləmək; • Layihə fəaliyyətlərinin icrasını, statusunu və layihə qrafikinə təsirlərini mühəndislik, satınalma, tikinti və digər əlaqəli tərəflərlə koordinasiya etmək; • Layihə üzrə hesabatları hazırlamaq, təhlil etmək və təqdim etmək; • Layihələrin ümumi irəliləyişini və əsas mərhələlərin icra vəziyyətini izləmək, planlaşdırılmış göstəricilərlə müqayisəli təhlillər aparmaq; • Zərurət yarandıqda layihə iclaslarında iştirak etmək və qrafik üzrə risk analizlərinə dəstək vermək. Tələblər • Ali texniki təhsil (mühəndislik və ya oxşar sahə üzrə); • Planlama mühəndisi və ya oxşar vəzifə üzrə minimum 3 il iş təcrübəsi; • Azərbaycan və ingilis dillərini əla səviyyədə bilmək, rus dili arzuolunandır; • MS Office proqramları və xüsusilə Primavera P6 üzrə işləmək bacarığı; • Güclü yazılı və şifahi ünsiyyət bacarıqları; • Analitik düşünmə və problemi həll etmə bacarığı; • Təqdimat və koordinasiya bacarıqları; • Komandada effektiv işləmək və dəyişikliklərə operativ uyğunlaşmaq bacarığı

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.

Oxşar aktiv vakansiyalar

Yadda saxlanmış axtarışlar

Axtarışlar bu brauzerdə saxlanılır. Bir axtarış üçün şəxsi Telegram bildirişlərini qoşa bilərsiniz. Dayandırmaq üçün bota /stop yazın.