Vakansiya haqqında
İşəgötürən: Qartal Tikinti Firması
Əmək haqqı:Vergilər çıxıldıqdan sonra 1200 AZN
İş yeri: Qartal Tikinti Firmasının istehsalat sahəsi- Sumqayıt
şəhər, Çerkassi küçəsi 220. və sifarişçilərin ölkə ərazisindəki digər obyektləri.
Tələblər:
Müasir qaynaq aparatıları ilə işləməyi
bacarmalıdır.
Metal konstruksiya və boru qaynağı (6G)
işlərində ən azı 3 il iş təcrübəsi olmalı, qurğularda qaynaq işlərini sərbəst surətdə yerinə
yetirməlidir;
İş Proseduru və Riski Dəyərləndirməni
başa düşməli və tələbləri həyata keçirməlidir;
Qaynaq edərkən Qaynaq Prosedurunun tələblərinə uyğun işini qurmalı,
qaynaq tikişlərini Qaynaq Prosedurunun Spesifikasiyasına (WPS) uyğun yerinə yetirməyi
bacarmalıdır;
İşləri təhlükəsiz, keyfiyyətli və vaxtında yerinə
yetirməlidir;
Sumqayıt şəhəri və yaxın ərazilərdə yaşayan namizədlərə
üstünlük veriləcəkdir.
İş haqqında məlumat:
Qurudakı və dənizdəki obyektlərdə metal konstruksiya və boru qaynağı işləri yerinə
yetiriləcəkdir.
Qartal Tikinti Firmasının metal-konstruksiya sexində,
Sifarişçi obyektlərində metal konstruksiyaların quraşdırılması üçün sxemə uyğun metal konstruksiyaları qaynaq
etməlidir;
Sifarişçinin obyektlərində əvvəlcədən
hazırlanmış metal konstruksiyaları sxemə uyğun quraşdırılması üçün qaynaq edəcəkdir. Metal
kəsmə və montaj işlərini də bacarmalıdır.
İş şəraiti:
İş saatı 08:00-18:00-dək;
İstirahətgünü - Bazar günləri; Normadan əlavə iş
saatlarının dəyəri bir iş gününün əmək haqqına əlavə ödəniləcəkdir.
İş yerinə və geriyə daşınma Qartal Tikinti Firmasının nəqliyyat
vasitəsilə yerinə yetiriləcəkdir.
İşlədiyi yerdə
firma tərəfindən naharla təmin ediləcəkdir;
İş görüləcək
obyektlər əsasən Qartal Tikinti Firmasının metal konstruksiya sexi və sifarişçilərin ölkə ərazisindəki digər
obyektləri.
Əlaqə vasitələri:
CV-niziMüraciət etdüyməsində qeyd olunan email ünvanına, mövzu hissəsində montajçı
yazmaqla göndərin. Əgər CV-niz yoxdursa aşağıda qeyd olunmuş əlaqə nömrəsinin whatsappına ad, soyad, yaşınız,
yaşayış yeriniz, iş təcrübəniz (iş yeri və görülən işlər göstərilməklə), əldə etdiyiniz sertifikatlar, montajçı
işiylə bağlı bacarıqlarınız və s. haqda məlumatlarınızı göndərin.
Əlaqə telefonu: +994 50 283 00 69 nömrəsinə müstəsna halda
zəng edə bilərsiniz. 1-5-ci günlər Saat 9:00-18:00-a qədər. Whatsapp nömrəsinə və e-mail adressinə göndərilən
məlumatlar nəzərdən keçirildikdən sonra uyğun namizədlərlə əlaqə saxlanılacaqdır
Əlaqələndirici şəxs: Ülkər Muradova
Telefon: +994 50 283 00 69
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
