Vakansiya haqqında
Görəcəyiniz işlər:
Web3 və rəqəmsal məhsulların biznes məntiqini, tokenomika modellərini və təkmilləşdirmə imkanlarını müəyyən etmək;
Yeni məhsul və funksionallıqların ideyadan bazara çıxarılmasına (Go-to-Market) qədər bütün mərhələlərini idarə etmək;
Bazar tendensiyalarını, rəqibləri, istifadəçi davranışını və ekosistem göstəricilərini araşdıraraq strateji təhlillər hazırlamaq;
Potensial tərəfdaşlarla, layihələrlə işgüzar əlaqələr qurmaq və biznesin inkişafı proseslərini aparmaq;
Araşdırma nəticələrini aydın təqdim etmək və biznes qərarları üçün əsaslandırılmış təkliflər hazırlamaqdır.
Bizim üçün uyğun namizəd:
Ali təhsilə;
Müvafiq sahədə minimum 1–3 il iş təcrübəsinə;
Web3 (DeFi, GameFi, SocialFi, NFT), rəqəmsal məhsulların yaradılması, satış və ya biznesin inkişafı sahəsində iş təcrübəsinə;
Tokenomika dizaynı, Launchpad əməliyyatları və fandreyzinq (IDO) prosesləri üzrə praktik biliklərə;
Strateji araşdırma, bazar təhlili və hesabatlıq istiqamətlərində iş təcrübəsinə (üstünlükdür);
Brendinq, icma idarəçiliyi üzrə biliklərə;
İngilis dili və Rus dili biliklərinə (arzuolunandır);
Geniş tərəfdaş və kommunikasiya şəbəkəsi qurmaq bacarığına (üstünlükdür);
Komandada (Scrum/Agile) işləmək bacarığı və yeni texnologiyaları (Web3, AI və s.) öyrənmə həvəsinə;
Kreativ düşüncə, təşəbbüskarlıq və problemlərin həllərinə innovativ yanaşma bacarığına sahib olan şəxsdir.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
