Vakansiya haqqında
Vəzifə və öhdəliklər:
Azərbaycan Respublikasının Əmək Məcəlləsinə, vergi qanunvericiliyinə və əməkhaqqı
hesablamaları ilə bağlı digər normativ-hüquqi aktlara uyğun olaraq əməkhaqqı prosesinin həyata
keçirilməsi;
Əməkdaşların əməkhaqlarının, əlavələrin, mükafatların,
bonusların, kompensasiyaların və digər ödənişlərin düzgün və vaxtında hesablanması;
Müəssisədə tətbiq olunan mükafatlandırma sisteminə əsasən fərdi və kollektiv fəaliyyət
nəticələri üzrə bonus və mükafat hesablamalarının aparılması;
Həkimlərin,
tibbi və inzibati heyətin əməkhaqqı və əlavə ödənişlərinin təsdiq edilmiş hesablama mexanizmlərinə uyğun
hazırlanması;
Əlavə iş saatlarına, gecə növbələrinə, bayram və istirahət
günlərində görülən işlərə görə ödənişlərin hesablanması;
Məzuniyyət,
xəstəlik vərəqələri, ezamiyyət və digər əmək münasibətləri ilə əlaqədar ödənişlərin
hesablanması;
İşə qəbul, əməkhaqqı dəyişiklikləri və əmək müqaviləsinə
xitam verilməsi zamanı müvafiq hesablamaların və son haqq-hesabın aparılması;
Gəlir vergisi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta
haqlarının hesablanması, müvafiq tutulmaların və hesabatların hazırlanması;
Əməkhaqqı sistemində məlumatların işlənməsi, ödəniş reyestrlərinin hazırlanması və əməkhaqqı
ödənişlərinin müəyyən edilmiş müddətlərdə həyata keçirilməsinin təmin edilməsi;
Əməkhaqqı prosesləri üzrə maliyyə və mühasibatlıq bölmələri ilə koordinasiyanın təmin
edilməsi, hesablamalarda yaranan uyğunsuzluqların aradan qaldırılması;
Namizədə olan tələblər:
Maliyyə, mühasibatlıq, iqtisadiyyat və ya müvafiq sahə üzrə ali
təhsil;
Payroll və əməkhaqqı hesablanması sahəsində minimum 5 il
iş təcrübəsi;
Azərbaycan Respublikasının əmək və vergi
qanunvericiliyi üzrə praktiki biliklər;
Vergi və məcburi sığorta
tutulmalarının hesablanması üzrə biliklər;
Əməkhaqqı, vergi və sosial
sığorta ödənişləri üzrə mühasibat müxabirləşmələrini (debet və kredit yazılışlarını) bilmək və tətbiq etmək
bacarığı;
Analitik düşünmə, yüksək dəqiqlik və
məsuliyyətlilik;
Qeyd:
Özü və ailəsinə tibbi xidmətlərdən istifadəyə güzəştlər;
Əmək haqqı müsahibə əsasında razılaşdırılır;
Maraqlanan namizədlər
öz CV-lərini Müraciət etdüyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
