Vakansiya haqqında
İş yeri: Kəlbəcər
rayonu
CORE CONSTRUCTION MMC komandamıza qoşulmaq üçün
HOWO və digər özüboşaldan yük maşınlarını idarə etmək bacarığına malik təcrübəli sürücülər
axtarır.
Vəzifə
öhdəlikləri:
Özüboşaldan yük maşınlarının təhlükəsiz və düzgün idarə
edilməsi;
Tikinti sahəsində torpaq, qum, çınqıl və digər materialların
daşınması;
Nəqliyyat vasitəsinin texniki vəziyyətinə gündəlik nəzarət
edilməsi;
Avtomobilin təmizliyinin və saz vəziyyətdə saxlanılmasının
təmin edilməsi;
Əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət
olunması;
Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında və
məsuliyyətlə yerinə yetirilməsi.
Namizədə
tələblər:
Müvafiq kateqoriyalı sürücülük vəsiqəsinin olması;
HOWO və digər özüboşaldan yük maşınlarını idarə etmək bacarığı;
Ağırtonnajlı nəqliyyat vasitələrinin idarə olunması üzrə iş təcrübəsi;
Məsuliyyətli, intizamlı və diqqətli olmaq;
Komanda
ilə işləmək bacarığı;
Kəlbəcər rayonunda işləməyə hazır
olmaq.
İş şəraiti:
İş yeri: Kəlbəcər rayonu;
İşçilər üçün
gündəlik yemək təmin edilir;
İşçilərin qalması üçün yaşayış yeri təmin
olunur.
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini
mövzu hissəsində “Özüboşaldan yük maşını sürücüsü” qeyd etməkləMüraciət etdüyməsində qeyd olunan elektron poçt ünvanına göndərə
bilərlər:
Əlaqə nömrəsi: +99410 250 13 16
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
