Vakansiya haqqında
Vəzifə öhdəlikləri:
Yük maşınları və ağır texnikaların təmirini, baxımını və təhlükəsiz şəkildə
çalışmasını təmin etmək
Mexaniki problemlərin növləri və onların yaranma
səbəbləri aşkar etmək
Maşın və ya hissələri zədələmədən təmir işlərini
başa vurmaq
Texniki baxış məqsədi ilə tələb olunan alət, avadanlıq və
materialları müəyyən etmək və hazırlamaq
İstismar zamanı avadanlıqlara
qulluq və nəzarət etmək, sınaqlar keçirmək və işə yararlılığını müəyyən etmək
Quraşdırma (montaj) və təmir – bərpa üzrə texniki işlərin təhlükəsiz yerinə yetirilməsini
təşkil etmək
Yük maşınlarının avadanlıqları və qurğularını quraşdırmaq,
tənzimləmək və yoxlamaq
İş yerindəki prosedurlara uyğun olaraq alət və
avadanlıqları saxlamaq
Tabeçiliyində olan işçilərin (çilingər və
mexanizatorlarin) iş müdetində faydalı iş əmsalına nəzarətə cavabdehlik
Gündəlik görülən işlər barədə hesabatların təqdim olunması
İşi ilə bağlı ezamiyyətlərdə getməkdə çətinliyi olmaması
Təhlükəsizlik qaydaları və normalarına əməl etmək, fərdi və kollektiv mühafizə vasitələrindən
istifadə etmək
Əmanət edilmiş maddi, texniki vəsaitlərə və təqdim etdiyi
hesabatların düzgünlüyünə cavabdehlik daşımaq
Rəhbərlik tərəfindən
verilən tapşırıqların icra edilməsi
Namizədə Tələblər:
Ali və ya orta texniki təhsil (Avtomobil nəqliyyatı, mexanika, mühəndislik və ya
müvafiq sahə üzrə)
Yük maşınları və ağır texnikaların təmiri sahəsində
ən azı 3-5 il iş təcrübəsi
Mexaniki nasazlıqların
müəyyənləşdirilməsi və aradan qaldırılması sahəsində praktiki bacarıqlar
Hidravlik, pnevmatik, elektrik və mexaniki sistemlərin iş prinsipini
bilmə
Texniki diaqnostika avadanlıqları ilə işləmək
bacarığı
Texniki sənədlərlə işləmək və texniki hesabatlar hazırlamaq
bacarığı
Komandada işləmək və tabeçiliyində olan işçilərə nəzarət etmək
qabiliyyəti
Ezamiyyətlərə getməkdə və açıq sahədə işləməkdə problem
olmamalı
Təhlükəsizlik qaydalarına ciddi riayət etmək və fərdi mühafizə
vasitələrindən istifadə vərdişi
Məsuliyyətli, operativ və intizamlı
olmaq
Fiziki dayanıqlılıq və texnikaya qarşı diqqətli
münasibət
Müraciət etmək üçün CV-niziMüraciət
etdüyməsində qeyd olunan elektron poçt ünvanına mövzu hissəsində
“Nəqliyyat mexaniki (Ağsu r.)” qeyd edərək göndərməyinizi xahiş edirəm.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
