Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

AZELKO MMC →

Mühəndis-konstruktor

Maaş göstərilməyib

Şəhər göstərilməyibMənbə: AzVak.az

Vakansiya haqqında

Əmək haqqı 1000–1500 AZN (namizədin bilik və bacarıqlarına əsasən müəyyən edilir) Ünvan: Abşeron rayonu, Şamaxı şosesi, 14-cü km Vəzifə öhdəlikləri Sifarişçinin tələbləri və texniki tapşırıqlar əsasında elektrik paylayıcı qurğuların, metal korpusların və digər konstruksiyaların 3D modellərinin və işçi cizgilərinin hazırlanması; İstehsalatdakı CNC dəzgahları (lazer kəsmə, abkant/bükmə, deşmə (punch), freze və s.) üçün texnoloji cizgilərin, açılışların və kəsim fayllarının (DXF/DWG) hazırlanması; Konstruktiv cizgilər əsasında material spesifikasiyasının (BOM) tərtib edilməsi, materialların seçilməsi və həcmlərinin hesablanması; Konstruktiv hesabatların aparılması, iqtisadi və texnoloji baxımdan səmərəli en kəsiklərin və materialların müəyyən edilməsi; Layihələrə dəyişikliklər edilərkən texniki heyətin tərkibində iştirak, texniki şərtlərin və cizgilərdə dəyişiklik barədə bildiriş vərəqələrinin tərtib edilməsi; Layihə üzrə istehsalat prosesinin gedişatının izlənilməsi və texnoloji ardıcıllığa nəzarət edilməsi. Namizədə tələblər Təhsil: mühəndis-konstruktor, maşınqayırma və ya mexanika mühəndisliyi ixtisası üzrə ali təhsil; İş təcrübəsi: metal konstruksiyalar və ya metal emalı sahəsində ən azı 2 il; Proqram bilikləri: SolidWorks (xüsusilə Sheet Metal modulu), AutoCAD və MS Office proqramlarında sərbəst işləmək bacarığı; İstehsalat və CNC bilikləri: CNC dəzgahlarının (lazer/plazma kəsmə, bükmə, ştamplama və s.) iş prinsiplərini bilmək və onlar üçün texniki cizgi və fayl hazırlamaq bacarığı; maşınqayırma və metal konstruksiya cizgilərini oxumaq bacarığı, ölçü dözümləri üzrə biliklər; istehsalat texnologiyaları (qaynaq, toz boya, montaj və s.) barədə məlumatlı olmaq; Təhlükəsizlik bilikləri: əməyin mühafizəsi, təhlükəsizlik texnikası, yanğından mühafizə və istehsalat sanitariyası qaydalarını bilmək; Şəxsi keyfiyyətlər: analitik düşünmə qabiliyyəti, işdə dəqiqlik, məsuliyyətlilik, operativlik və komandada işləmək bacarığı. Üstünlük veriləcək elektrik paylayıcı qurğu istehsalı sahəsində iş təcrübəsi; müvafiq sahə üzrə sertifikatların olması; texniki səviyyədə rus və ingilis dillərini bilmək. İş şəraiti İş rejimi: həftə içi 5 gün, 08:00–17:30 (nahar fasiləsi: 12:30–13:30); Nahar şirkət tərəfindən təmin olunur; Əsas iş yeri ofisdədir (zavod ərazisində), zərurət yarandıqda ezamiyyətlər mümkündür. Müraciət qaydası Maraqlanan namizədlər CV-lərini fariz.aliyev@azelko.az elektron poçt ünvanına göndərə bilərlər. Məktubun mövzu hissəsində «Mühəndis-konstruktor» qeyd edilməlidir. Şirkət haqqında AZELKO MMC elektrik paylayıcı qurğuların, metal konstruksiyaların və elektrik avadanlıqlarının istehsalı, quraşdırılması və sazlanması sahəsində fəaliyyət göstərir.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.

Oxşar aktiv vakansiyalar

Mühəndis-konstruktor

North West

Maaş göstərilməyib

Şəhər
Şəhər göstərilməyib
İş qrafiki
Qrafik göstərilməyib
Təcrübə
Təcrübə tələbi göstərilməyib
Əlavə tələblər
İş sahəsi
Mühasibatlıq / Audit / Təftiş / Vergi / Məsləhət (Konsaltinq)
AzVak.az Aktiv vakansiya
Ətraflı

Yadda saxlanmış axtarışlar

Axtarışlar bu brauzerdə saxlanılır. Bir axtarış üçün şəxsi Telegram bildirişlərini qoşa bilərsiniz. Dayandırmaq üçün bota /stop yazın.