Vakansiya haqqında
Xaçmaz rayonunun Xudat şəhərində yerləşən Food City Kompleks Laboratoriyasının
Fitosanitar bölməsinə “Molekulyar bioloq” vəzifəsi üzrə işçi axtarılır.
Vəzifə öhdəlikləri:
Bitki və bitkiçilik məhsullarında PZR analizlərinin aparılması, zərərli
orqanizmlərin növ mənsubiyyətinin təyin edilməsi;
Reaktivlərin və
məhlulların hazırlanması, müvafiq şəraitdə saxlanılmasına nəzarət;
Yeni
müayinə metodlarının tətbiqi, validasiya və verifikasiyasının aparılması;
Görülən işlərə dair aktların, aylıq və illik hesabatların hazırlanması;
Cihazların performans yoxlamalarının həyata keçirilməsi;
Beynəlxalq səriştəlilik sınaqlarında iştirak;
Cihaz
və avadanlıqlara texniki qulluq göstərilməsi;
Analiz nəticələrinin
işlənməsi;
Təlimatların, planların və formaların
hazırlanması.
Tələblər:
Biologiya və əlaqəli ixtisaslar üzrə ali təhsil;
Sahə üzrə iş təcrübəsi tələb olunmur;
Xudat
şəhərində və ətraf bölgələrdə yaşayan namizədlərə üstünlük verilir.
İş qrafiki: Bazar ertəsi – cümə günləri, saat 09:00–18:00.
Əmək haqqı: 950 AZN (6 aylıq təlim və sınaq müddətində nəzərdə tutulan
əmək haqqının 50%-i, yəni 475 AZN ödənilir).
Qeyd: Namizədlər ilkin olaraq Bakı şəhərində yerləşən müvafiq
laboratoriyada 3 aylıq təlim müddətini, daha sonra isə Xudat şəhərində 3 aylıq sınaq müddətini başa vurduqdan sonra
Xudat şəhərində daimi işlə təmin ediləcəklər.
Tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsində “Molekulyar
bioloq” qeydi edərəkMüraciət etdüyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
