Vakansiya haqqında
Təsvir
Səlahiyyətli şəxslərin yüksək təhlükəsizlik zonasına daxil olmalarına nəzarətin həyata keçirilməsi;
Server otağının daxilində və ətrafında quraşdırılmış video nəzarət sistemlərinin daimi monitorinqi;
Avadanlıqların giriş və çıxışının nəzarətdə saxlanılması, materialların hərəkətinin yoxlanılması;
Xarici zədələnmələrin, yanğın və sızma hallarının vaxtında aşkarlanması məqsədilə binanın müntəzəm yoxlanılması;
Yanğın təhlükəsizliyi qaydalarına riayət olunmasına nəzarət;
Girişə nəzarət sistemlərindən və yanğın sensorlarından daxil olan həyəcan siqnallarına operativ və adekvat reaksiya verilməsi;
Ziyarətlərin və baş vermiş hadisələrin müvafiq qaydada qeydiyyatının aparılması.
Tələblər
Ali təhsil;
Texniki təhlükəsizlik avadanlıqları ilə işləmək bacarığı;
Bank sektorunda iş təcrübəsi arzuolunandır;
Fiziki və texniki təhlükəsizliyin əsas prinsiplərini bilmək;
Müasir təhlükəsizlik sistemləri və video nəzarət avadanlıqları ilə işləmək bacarığı;
Stressə davamlı olmaq, fövqəladə hallarda təlimatlara ciddi riayət etmək və operativ reaksiya vermək bacarığı;
Qorunan zonalarda yanğın təhlükəsizliyi qaydaları və yanğınsöndürmə sistemləri barədə ilkin biliklərə malik olmaq.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
