Vakansiya haqqında
İş şəraiti
Mikro və Aqro bankçılıq mərkəzi
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi – Cümə)
Ünvan: Bakı, Sumqayıt, Qəbələ, Gəncə şəhəri
Tələblər
Ali təhsil (maliyyə, iqtisadiyyat və ya digər uyğun ixtisaslar üzrə yeni məzunlar üstünlükdür)
Bank və ya maliyyə sahəsinə maraq
Azərbaycan dilində sərbəst danışıq bacarığı
MS Office proqramlarında, xüsusilə Excel-də işləmək bacarığı
Analitik düşüncə, ünsiyyət və komandada işləmək bacarığı
Məsuliyyətlilik, dəqiqlik və öyrənməyə həvəs
İşin təsviri
Mikro və Aqro kredit müraciətləri üzrə sənədlərin toplanması və ilkin yoxlanılmasında dəstək göstərilməsi
Kredit sənədlərinin hazırlanması və Kredit Komitəsinə təqdim olunması prosesində iştirak
Potensial müştərilərlə ilkin əlaqələrin qurulmasında dəstək
Müqavilələrin hazırlanması və hesabların açılması prosesində assistent kimi iştirak
Kredit portfelinin monitorinqində və hesabatların hazırlanmasında dəstək
Bankdaxili prosedurlara uyğun olaraq gündəlik əməliyyat proseslərində iştirak
Uyğun namizədlərdən xahiş olunur ki, CV-lərini mövzu hissəsində “Mikro kreditlər üzrə təcrübəçi” qeyd etməklə Müraciət et düyməsində göstərilən elektron ünvana göndərsinlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
