Vakansiya haqqında
SEAPORT CATERİNG MMC şirkəti müxtəlif şəhər və rayonlarda yerləşən
layihələrində çalışmaq üçün məsuliyyətli, təşkilatçılıq və idarəetmə
bacarığı yüksək Menecer vəzifəsinə əməkdaş axtarır.
Əsas
vəzifə öhdəlikləri
Layihədə çalışan işçi heyətinin fəaliyyətinə nəzarət
etmək və işçiləri təlimatlandırmaq;
İşçi heyətinin iş qrafiklərini hazırlamaq və idarə
etmək;
Layihənin müəyyən edilmiş standart və prosedurlara
uyğun idarə olunmasını təmin etmək;
Qida məhsullarının keyfiyyət, gigiyena və sanitariya standartlarına
uyğunluğuna nəzarət etmək;
Məhsulların müəyyən edilmiş standartlara uyğun və
düzgün formada təqdim edilməsini təmin etmək;
İşçi heyəti arasında daxili intizam qaydalarına riayət
olunmasına nəzarət etmək;
İnventar, ərzaq məhsulları və digər layihə
ehtiyaclarının monitorinqini aparmaq;
Müştəri məmnuniyyətinin artırılması istiqamətində
təkliflər hazırlamaq və həyata keçirmək;
Müştəri şikayətlərinin operativ və peşəkar şəkildə
həllini təmin etmək;
Layihənin xidmət keyfiyyətinin və imicinin yaxşılaşdırılması
üçün yeni təkliflər vermək;
Gündəlik əməliyyat hesabatlarını, tabelləri və anbar
hesabatlarını hazırlamaq və aidiyyəti departamentlərə təqdim etmək;
Layihə avadanlıqlarının vəziyyətinə nəzarət etmək və
texniki baxış və ya təmir tələb olunduqda aidiyyəti şöbəyə məlumat vermək;
Mətbəx əməkdaşlarının, o cümlədən xadimə və qabyuyan
heyətin fəaliyyətinə nəzarət etmək və iş qrafiklərini təşkil etmək;
Gündəlik və dərin təmizlik işlərinin müəyyən edilmiş
standartlara və qrafikə uyğun aparılmasına nəzarət etmək;
Vəzifə səlahiyyətləri çərçivəsində digər tapşırıqları
yerinə yetirmək.
Namizədə
tələblər
Ali təhsil;
Güclü təşkilatçılıq və idarəetmə bacarığı;
Komanda idarəetməsi və komandada işləmək bacarığı;
Yüksək ünsiyyət və kommunikasiya qabiliyyəti;
Analitik düşüncə və operativ qərarvermə bacarığı;
Məsuliyyətli, dəqiq və punktual olmaq;
Microsoft Office proqramları üzrə yaxşı biliklər: Word,
Excel, Outlook;
Ofis avadanlıqları ilə işləmək bacarığı;
Müştəriyönümlü və işgüzar olmaq;
Dinamik və intensiv iş mühitində işləmək bacarığı.
Xüsusi
tələb
Namizəd Azərbaycanın müxtəlif şəhər
və rayonlarında yerləşən layihələrdə işləməyə hazır və razı olmalıdır.
Layihənin yerləşdiyi əraziyə uyğun
olaraq əməkdaşın müxtəlif şəhər və rayonlarda fəaliyyət göstərməsi tələb oluna
bilər.
İş
şəraiti
İş yeri: Azərbaycanın müxtəlif şəhər və rayonlarında
yerləşən layihələr;
Korporativ mobil nömrə və danışıq balansı ilə təminat;
Yemək təminatı;
Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən
rəsmi əmək müqaviləsi;
Peşəkar və dinamik iş mühiti. Qeyd: Yalnız tələblərə uyğun namizədlər müsahibəyə
dəvət olunacaqlar
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
