Vakansiya haqqında
Barattson “Marketinq mütəxəssisi” vəzifəsi üzrə vakansiya elan edir.
Əsas vəzifələr
Sosial media hesablarının idarə olunması;
Kontent planının hazırlanması və paylaşımlar üçün mətnlərin tərtibi;
Reels videoları üçün ssenarilərin yazılması, dizayner və videoqraf üçün briflərin hazırlanması;
Meta Ads platformasında reklam kampaniyalarının qurulması, aktivləşdirilməsi və təkmilləşdirilməsi;
Reklamların və kontentin səmərəliliyinin təhlil edilməsi;
Tədris proqramlarının öyrənilməsi və kursların tanıdılması üçün marketinq materiallarının hazırlanması;
Marketinq tapşırıqları üzrə aidiyyəti bölmə rəhbərləri ilə koordinasiyalı əməkdaşlıq;
Həftəlik hesabatların hazırlanması.
Tələblər
Ali təhsil (Marketinq və ya İqtisadiyyat sahəsi üzrə olması arzuolunandır);
SMM və digital marketinq istiqamətində minimum 2 il iş təcrübəsi;
Meta Ads Manager ilə praktiki iş təcrübəsi;
Reklam kampaniyalarını müstəqil şəkildə yaratmaq və optimallaşdırmaq bacarığı;
Reklam mətnləri yazmaq və kontent planı hazırlamaq bacarığı;
Statistik göstəriciləri təhlil etmək və marketinq fəaliyyətinin nəticələrini qiymətləndirmək bacarığı;
Məsuliyyətli, təşkilatçı və tapşırıqları verilən müddətdə icra edən olmaq;
Azərbaycan dili sərbəst olmalı, ingilis və rus dillərini bilmək üstünlükdür.
Biz nə təklif edirik?
Peşəkar inkişaf üçün imkanlar: daxili və xarici təlimlərdə iştirak, şəxsi və karyera inkişafına dəstək;
Rahat və müasir iş mühiti;
Komanda ruhunu gücləndirən motivasiyaedici korporativ tədbirlər;
Ailə üzvləri üçün təlimlərdən endirimli istifadə imkanı.
İş şəraiti
İş qrafiki: həftəiçi 5 iş günü, 10:00 – 19:00;
İş yeri: Elmər filialı;
Əmək haqqı: 1000 – 1200 AZN.
Namizədlərdən CV-lərini Müraciət et düyməsində qeyd olunan e-mail ünvanına göndərmələri xahiş olunur. Məktubun mövzu hissəsində “Marketinq mütəxəssisi” vəzifəsinin adı mütləq qeyd edilməlidir.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
