Vakansiya haqqında
İş yeri: Bakı
İş rejimi: Tam iş günü
Vəzifə haqqında
Daşınmaz əmlak, camaşırxana xidmətləri, internet xidmətləri və çörək istehsalı
sahələrində fəaliyyət göstərən bir neçə biznesin maliyyə və mühasibatlıq proseslərinin idarə edilməsi üçün təcrübəli
mütəxəssis axtarırıq.
Namizəd bir neçə biznes üzrə mühasibat uçotunu
müstəqil təşkil etməli, maliyyə hesabatlarını hazırlamalı, pul vəsaitlərinin hərəkətinə, xərclərə və bizneslərin
maliyyə nəticələrinə nəzarət etməlidir.
Əsas vəzifə öhdəlikləri
Hər bir biznes üzrə mühasibat uçotunun ayrıca və düzgün aparılmasını təmin
etmək;
İlkin mühasibat sənədlərinin toplanması, yoxlanılması və
sistemləşdirilməsini təşkil etmək;
Aylıq mənfəət və zərər hesabatı
(P&L), balans hesabatı (Balance Sheet) və pul vəsaitlərinin hərəkəti hesabatını (Cash Flow)
hazırlamaq;
Bütün bizneslər üzrə konsolidasiya olunmuş maliyyə
hesabatlarını hazırlamaq;
Vergi, DSMF, statistika və digər məcburi
hesabatları hazırlamaq və aidiyyəti qurumlara təqdim etmək;
Əməkhaqqının
hesablanmasını və əməkhaqqı üzrə müvafiq hesabatların hazırlanmasını təmin etmək;
Bank əməliyyatlarını, pul vəsaitlərinin qalıqlarını, debitor və kreditor borclarını izləmək və
üzləşdirmələri aparmaq;
Təsisçi tərəfindən yatırılan vəsaitlərin, verilən
borcların, geri qaytarmaların və sahibkara edilən ödənişlərin ayrıca uçotunu aparmaq;
Əsas vəsaitlərin, avadanlıqların və digər aktivlərin uçotunu düzgün təşkil etmək, kapital
qoyuluşlarını cari xərclərdən fərqləndirmək;
Pul vəsaitlərinin hərəkətini
proqnozlaşdırmaq və ödəniş qrafiklərini hazırlamaq;
Bizneslər üzrə gəlir
və xərcləri təhlil etmək, büdcələrin icrasına və xərclərə nəzarət etmək;
Bizneslərin maliyyə nəticələrini və gəlirliliyini təhlil etmək, rəhbərliyə müvafiq təkliflər
vermək;
Maliyyə əməliyyatları, xərclərin təsdiqi, hesab-fakturaların
işlənməsi və sənədləşmə üzrə daxili prosedurların hazırlanmasında iştirak etmək;
Rəhbərliyin sorğuları əsasında maliyyə təhlilləri, hesablamalar və proqnozlar
hazırlamaq.
Namizədə dair tələblər
Maliyyə, mühasibatlıq və ya iqtisadiyyat sahəsində ali təhsil;
Mühasibatlıq və maliyyə sahəsində minimum 5 il iş təcrübəsi;
Bir neçə hüquqi şəxs və ya müxtəlif biznes istiqamətləri üzrə mühasibat uçotunun aparılması
təcrübəsi;
Azərbaycan Respublikasının vergi qanunvericiliyi, mühasibat
uçotu və əmək qanunvericiliyi üzrə biliklər;
P&L, Balance Sheet və
Cash Flow hesabatlarının müstəqil hazırlanması və təhlili bacarığı;
Büdcələşdirmə, maliyyə planlaşdırılması və pul vəsaitlərinin hərəkətinin idarə edilməsi üzrə
təcrübə;
1C və MS Excel proqramlarında sərbəst işləmək
bacarığı;
Analitik düşünmə, detallara diqqət və maliyyə məlumatlarını
düzgün şərh etmək bacarığı;
Müstəqil işləmək, təşəbbüskarlıq və yüksək
məsuliyyətlilik;
Rus və ingilis dillərini bilmək
üstünlükdür.
Biz nə təklif edirik?
Müxtəlif biznes istiqamətləri üzrə peşəkar inkişaf imkanı;
Maliyyə proseslərinin qurulması və təkmilləşdirilməsində iştirak;
Birbaşa rəhbərliklə işləmək və qərarların qəbuluna analitik dəstək
vermək;
Əməkhaqqı namizədin bilik və təcrübəsinə uyğun olaraq müəyyən
ediləcək.
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində "Finance & Accounting Manager" qeyd
etməkləMüraciət etdüyməsində
qeyd olunan elektron poçt ünvanına təqdim edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
