Vakansiya haqqında
Vəzifə öhdəlikləri:
Layihələrin qiymətləndirilməsi sektorunun fəaliyyətini təşkil etmək, əməkdaşlar
arasında iş bölgüsünü aparmaq və tapşırıqların icrasına nəzarət etmək;
Layihə cizgilərini, texniki spesifikasiyaları və digər layihə sənədlərini təhlil etmək,
nəzərdə tutulan işlərin həcmini və qiymətləndirmə üçün tələb olunan məlumatları
müəyyənləşdirmək;
Layihə sənədləri əsasında iş və material həcmlərinin
çıxarılmasını, hesablanmasını və yoxlanılmasını təşkil etmək;
Layihə üzrə
iş həcmləri cədvəllərinin (BOQ) sıfırdan tərtib olunmasını, işlərin müvafiq bölmələr üzrə qruplaşdırılmasını, ölçü
vahidlərinin və miqdarların düzgün müəyyən edilməsini təmin etmək;
Hazır
təqdim edilmiş BOQ-ların layihə cizgiləri və texniki tələblərlə uyğunluğunu yoxlamaq, çatışmayan, təkrarlanan və ya
səhv hesablanmış mövqeləri müəyyənləşdirmək;
Hər bir BOQ mövqeyi üzrə
material, işçi qüvvəsi, texnika və digər resurs tələbatının müəyyən edilməsini, vahid qiymətlərin və ümumi
məbləğlərin hesablanmasını təşkil etmək;
Material, avadanlıq və subpodrat
işləri üzrə qiymət məlumatlarını toplamaq, təkliflərin layihə tələblərinə uyğunluğunu
qiymətləndirmək;
BOQ əsasında layihənin maya dəyərinin, smetasının
hazırlanmasını təşkil etmək;
Hesablamalarda birbaşa və dolayı xərclərin,
itki normalarının, logistika xərclərinin, risk ehtiyatlarının və mənfəət marjasının nəzərə alınmasını təmin
etmək;
Layihə sənədlərindəki qeyri-müəyyənlikləri və uyğunsuzluqları
müəyyən etmək, layihəçilər və texniki komanda ilə dəqiqləşdirmək;
Layihədə edilən dəyişikliklərə uyğun olaraq BOQ-ların və qiymət hesablamalarının
yenilənməsini, əlavə və ixtisar olunan işlərin maliyyə təsirinin hesablanmasını təşkil etmək;
Hazırlanmış BOQ-ları, smetaları və qiymət hesablamalarını yoxlamaq, əsaslandırılmış şəkildə
rəhbərliyə təqdim etmək və sifarişçi ilə texniki-kommersiya müzakirələrində iştirak etmək.
Namizədə olan tələblər:
İnşaat mühəndisliyi və ya digər uyğun mühəndislik ixtisası üzrə ali
təhsil;
Layihələr üzrə iş həcmlərinin hesablanması, BOQ hazırlanması və
qiymətləndirmə sahəsində minimum 5 il, o cümlədən komanda idarəçiliyi üzrə minimum 2 il iş
təcrübəsi;
Layihə cizgilərini və texniki sənədləri sərbəst oxumaq,
onların əsasında iş və material həcmlərini hesablamaq bacarığı;
BOQ-ların
sıfırdan tərtib edilməsi, mövcud BOQ-ların yoxlanılması və qiymətləndirilməsi üzrə praktiki
təcrübə;
Tikinti, konstruksiya və MEP işlərinin həcmlərinin hesablanması
prinsipləri üzrə biliklər;
Vahid qiymət analizlərinin, resurs
hesablamalarının, smetaların və layihə büdcələrinin hazırlanması üzrə təcrübə;
MS Excel və AutoCAD proqramlarında sərbəst işləmək bacarığı; smeta və həcm hesablama
proqramları üzrə biliklər üstünlükdür;
Azərbaycan dili biliyi; ingilis və
rus dillərində texniki sənədlərlə işləmək bacarığı üstünlükdür;
Analitik
düşünmə, detallara diqqət, komandanın işini təşkil etmək və müəyyən edilmiş müddətlərdə nəticə təqdim etmək
bacarığı.
Müvafiq tələblərə uyğun olan namizədlər CV-lərini mövzu hissəsində "Layihələrin
qiymətləndirilməsi sektorunun müdiri" qeyd etməkləMüraciət
etdüyməsində qeyd olunan elektron ünvanına göndərə
bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
