Vakansiya haqqında
İşəgötürən: Qartal Tikinti Firması
Əmək haqqı: Vergilər çıxıldıqdan sonra 1000 AZN (İşin irəliləyişində
rəhbərlik tərəfindən əmək haqqı artırıla bilər.)
İş yeri: Sumqayıt şəhəri, Koroğlu prospekti 278, 48-ci məhəllə Qartal
Tikinti firmasının Baş ofisi
Tələblər:
Memarlıq və İnşaat Universitetinin “sənaye və mülki tikinti” və “memarlıq”
ixtisasları üzrə ali təhsil;
Sənaye və mülki tikintilərin layihələrinin
çəkilməsi üzrə ən azı 2 il iş təcrübəsi;
Layihələndirmə işləri üçün
proqramları bilməlidir (Autocad, Archicad, Tekla Structural arzuolunandır )
Microsoft office proqramlarını (word, excel, outlook və s.) bilməlidir;
Həm memarlıq, həm də konstruksiya layihələrində işləməyi bacarmalı;
Layihə olunacaq obyektin texniki göstəricilərinin və material sərfini hesablamağı
bacarmalıdır;
Firmanın yerinə yetirdiyi işlər üzrə işçi və icra
layihələrini işləməyi bacarmalıdır;
İşlənib hazırlanmış layihələri
firmanın bölmələri, sifarişçi və nəzarət orqanları nümayəndələri ilə razılaşdırıb, son versiyanı rəhbərliyə təqdim
etməlidir;
Namizədin yaşı 25-35 olması tələb
olunur;
Yaşayış yerinin Sumqayıt şəhərində olmasına üstünlük
verilir;
B kateqoriya sürücülük vəsiqəsinin olması
arzuolunandır.
İş haqqında məlumat:
Mülki tikintilərin, inzibati binaların, ofis layihələrinin, memarlıq, konstruksiya
hissəsinin çertyojlarının və 3 ölçülü görünüşlərinin müvafiq proqramlarda hazırlanması.
Sahədə işin keyfiyyətlə yerinə yetirilməsinə, tələb olunan çertyoj və sxemlərə uyğun
görülməsinə nəzarət edilməsi;
Layihələr üzrə iş həcmlərinin çıxarılması
və qiymətləndirmə üçün təqdim olunması.
İşçi və eskiz layihələrinin
Qartal Tikinti Firmasının tələb etdiyi formatda hazırlayıb firmanın direktoru ilə razılaşdırmalı və direktorun
iradlarının aradan qaldırılması üçün etab-etab firmanın direktoruna göndərməli.
İş şəraiti:
İş saatı 09:00-18:00;
İstirahət günü -
Şənbə və Bazar günləri;
Nahar firma tərəfindən təmin
edilir.
CV-niziMüraciət etdüyməsində qeyd olunan email ünvanına, mövzu hissəsində Layihəçi-inşaat
mühəndisiyazmaqla göndərin.
Əlaqə telefonu: +994 50 283 00 69 (CV-lər nəzərdən
keçirildikdən sonra uyğun olan namizədlərlə əlaqə saxlanılacaqdır.)
Əlaqələndirici şəxs: Ülkər Muradova
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
